Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2293/2023 24.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, yoldaşı 25.07.*98*-ci il təvəllüdlü X7 26.05.202*-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin yoldaşı 25.07.*98*-ci il tarixdə anadan olmuş, xx.xx.2023-cü il tarixdə 42 yaşında qəflətən Bakı şəhərində vəfat etmişdir. Mərhum X* Yeganə Qılman qızı ilə xx.xx.2006-ci il tarixdə nikaha daxil olmuş və dünyasını dəyişənə qədər birlikdə yaşamışlar. Həmçinin dəfn mərasimində qonşular və qohumlar iştirak etmişdir. Hazırda ərinin ölüm haqqında şəhadətnaməsi ona müəyyən sənədləşdirmə işləri aparmaqdan ötrü lazımdır. Bu səbəbdən həmin şəhadətnaməni almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsindən isə ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən, yoldaşı 25.07.*98*-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmuna uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum onun oğludur. X2 xx.xx.2023-cü il tarixdə 42 yaşında qəflətən Bakı şəhərində vəfat etmişdir. X2 ərizəçi olan gəlini Ərizəçi ilə xx.xx.2006-ci il tarixdə nikaha daxil olmuş və dünyasını dəyişənə qədər birlikdə yaşamışlar. Həmçinin dəfn mərasimində qonşular və qohumlar iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 ifadəsində bildirmişdir ki, mərhum dayısı oğludur. Ərizəçi isə dayısı oğlunun arvadıdır. Mərhum xx.xx.2023-cü il tarixdə 42 yaşında qəflətən Bakı şəhərində vəfat etmişdir. Həmçinin dəfn mərasimində qonşular və qohumlar iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur. Mərhum Binə qəsəbəsi, İ. Əhmədov küçəsi, ev 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. X7 xx.xx.2023-cü il tarixdə 42 yaşında qəflətən Bakı şəhərində vəfat etmişdir. Həmçinin dəfn mərasimində qonşular və qohumlar iştirak etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.*-ci və *.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Yeganə Qılman qızı arasında xx.xx.2006-ci ildə nikah bağlanmış, arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə Bakı şəhəri TƏBİB publik hüquqi şəxsin Bakı Baş Səhiyyə X*3 Şəxsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 3*.05.2023-cü il tarixli məktubundan görünür ki, 25.07.*98*-ci il təvəllüdlü X7 xx.xx.2023-ci il tarixdə ev şəraitində təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs 3*.05.2023-cü il tarixli məktubundan görünür ki, X4 ölümünün qeydə alınması barədə Ərizəçi ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25.07.*98*-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 2*7.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 25.07.*98*-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2293/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2293/2023
24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver