Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2303/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi * saylı «Asan Xidmət» Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi * saylı «Asan Xidmət» Qeydiyyat şöbəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1978-ci il təvəllüdlü qardaşı X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci il tarixdə Naxçıvan MR., Naxçıvan şəhərində doğulmuş X8 onun qardaşıdır. X1 rayonu, T.Bünyadov 36 ünvanında anası və ərizəçi ilə birlikdə yaşayırdı. Artıq uzun müddət idi ki, o, ürəkçatışmamazlığından əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.2022-ci il tarixdə qardaşının halı qəfil pisləşdi. Onlar dərhal “Təcili Yardım”a zəng vursalar da, lakin həkim gələnə kimi X8 xx.xx.2022-ci il tarixdə vəfat etdi. Qardaşı vəfat edərkən ərizəçi və anası - X6 da onun yanında idilər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, müəyyən sənədləşmə işləri görmək üçün mərhum qardaşı-X5 ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, qardaşı X5 ölüm haqqında şəhadətnaməsini almaq üçün * Saylı” ASAN xidmət” Mərkəzində yerləşən Qeydiyyat Şöbəsinə müraciət etdi. Qeydiyyat şöbəsinin imtina məktubunda ona qardaşı X5 ölüm haqqında şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirildi və qanunvericiliyin tələbinə əsasən müvafiq sənədi almaq üçün məhkəməyə müraciət etməyi məsləhət görüldü. Qardaşının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qatnaməsi ilə X5 ölümünün qeyd edilmə faktı müəyyən olunmalıdır. Ona görə də onun qardaşı X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktını müəyyən edilməsi barədə ərizənin təmin olunmasını xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş * saylı «Asan Xidmət» Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadankeçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X11 izahatında bildirdi ki, o, ərizəçinin xalası oğludur. X2 onun xalası oğlu idi. Mərhum 2022-ci ildə rəhmətə gedib. Ona, xalasının kürəkəni zəng edərək, X5 vəfat etdiyini bildirdi. O, xəbəri eşidən kimi gecə ilə ora gedib. Mərhumun yas məclisində iştirak edib. Mərhum Zabrat qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 izahatında bildirdi ki, o, ərizəçinin əridir. O, evdə idi və ona zəng vurub çağırdılar. O, dərhal mərhumun evinə getmişdir və təcili yardım çağırmışdır. Mərhumu məscidə o aparıb. Mərhumun dəfnində iştirak etmişdir. Mərhumun xx.xx.2022-ci il tarixdə vəfat etdiyini bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin qardaşı X5 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 1*5 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi və xx.xx.1978-ci il təvəllüdlü X5 atası X10, anası X*r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:21-də X5 həkimə qədər ölümü qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş 103 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən 3 saylı qəbirstanlıqda dəfn olunub. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin qardaşı olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 1*5 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. xx.xx.1978-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2303/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2303/2022
17.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver