Məhkəmə qərarları › İş №2(003)-2321/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2321/2025

25.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2321/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 30.**.*92*-ci il təvəllüdlü qaynanası X2 06.02.20*2-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, qaynanası X* qəsəbəsində öz evində uşaqları ilə birgə yaşayırdı. 06.02.20*2-ci il tarixdə saat təxminən *9:00 radələrində yaşadığı Şüvəlan qəsəbəsindəki evində qəflətən səhhəti pisləşdiyi üçün X*7 xidməti çağırmışlar, lakin onlar gəldikləri zaman qaynanasının vəfat etdiyini bildirmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı Baş Səhiyyə X*4 Şəxsə müraciət etmiş, lakin ölüm səbəbinə hər hansısa diaqnoz qoyulmadığı üçün ona şəhadətnamə verilməsindən imtina olunmuşdur. Mərhum qaynanasının ölüm haqqında şəhadətnaməsi evin özəlləşdirilməsi ilə bağlı ona lazımdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs 07.**.2024-cü il tarixli arayışından görünür ki, X*0 25.0*.*949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası isə X3r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 2*.06.20*8-ci il tarixli arayışından görünür ki, X*0 ilə Ərizəçi arasında 0*.06.*976-cı il tarixdə Maraqlı şəxsndə nikah bağlanmışdır. İş materiallarına əlavə olunan AZ-İ seriyalı 22336* nömrəli ölüm haqqında şəhadətnamə surətindən görünür ki, X*0 30.*2.2006-cı il tarixdə Bakı şəhərində mədəaltı vəzin xərçəngi səbəbilə vəfat etmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X2 məzarının üzərindəki baş daşında onun 30.**.*92*-ci il anadan olduğu, 06.02.20*2-ci il tarixdə vəfat etdiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *2.04.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Şüvəlan bələdiyyəsinin məktubundan görünür ki, X4 06.02.20*2-ci il tarixdə qeydiyyatda olduğu evdə vəfat etmiş və həmin gün də Qala qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, ərizəçi onun əmisi gəlinidir. Ərizəçinin qaynanası X4 olmuşdur. X4 20*2-ci il tarixdə vəfat etmiş, Qala qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin qaynanası X4 olmuşdur. X4 təxminən 20*2-ci ildə vəfat etmiş, Qala qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimlərində iştirak edib. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin qaynanası olmuşdur. 06.02.20*2-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun gəlini olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qaynanasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və araşdırılmış sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qaynanası X2 06.02.20*2-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin olunsun. 30.**.*92*-ci il təvəllüdlü X2 06.02.20*2-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar