Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2351/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *3.05.*956-cı il təvəllüdlü X4 27.0*.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 0 xx.xx.*996-cı ildə Bakı şəhərində anadan olmuş və valideyinləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 78 saylı evdə yaşamışdır. X2, anası X5. X2 04.*2.20*8-ci il tarixdə vəfat etmişdir. Anası X*0 *3.05.*956cı il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73a saylı evin 5*-ci mənzilində vəfat etmişdir. Anasının xx.xx.2023-cü ildə vəfat etdiyini təsdiqləmək üçün Təcili və X*4 Stansiyasına müraciət edilmişdir., anasının həkimə qədər öldüyü barədə xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin Stansiyanın xx.xx.2023-cü il tarixli sənədini tibbi şəhadətnamə almaq üçün Bakı şəhəri, 38 saylı Şəhər Poliklinikasına təqdim etmiş, lakin onun müraciəti rədd edilmiş və bu onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.20*5-ci il tarixli əmrinə əsasən ölüm haqqında sənəd (forma *06) verilə bilməz. Bildirir ki, anasının ölüm faktının müəyyən edilməsini əldə etmək ona ölüm haqqında şəhadətnamə alamaq üçün lazımdır. Göstərilənlərə əsasən *3.05.*956-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2023-cü ildə vəfat etməsini hüquqi fakt kimi müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi X*5 məhkəmə iclasında ərizənin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək *3.05.*956-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsin xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X*5 məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X*6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhumə onun oğlunun qayınanasıdır. Məruhmə xəstə idi. Uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyətt çəkirdi. xx.xx.2023-cü il tarixdə ev şəraitində ölüb. Buzovna kənd qəbiristanlığında dəfn olunub. Dəfndə iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhumə X3 rəfiqəsi Əminənin anasıdır. O, Əminə ilə 22 ildir ki rəfiqədir. Məruhmə uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyətt çəkirdi. xx.xx.2023-cü il tarixdə ev şəraitində ölüb. Buzovna kənd qəbiristanlığında dəfn olunub. Mərhumənin yas mərasimində iştirak edib. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*0 *3.05.*956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*996-cı ildə Bakı şəhərində anadan olmuş, X2, anası X5. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, *3.05.*956-cı ildə Bakı şəhərində anadan olmuş X4 atası-X*7, anası X6. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X* Ritta Araratovna ilə 04.03.*978-ci il tarixdə keçmiş “Şaumyan” rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *68 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs *9.*2.20*8-ci il tarixli 983 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** 04.*2.20*8-ci il tarixdə “bronxların və ağciyərin aşağı payının bədx.” Səbəbindən vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X*4 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5T saylı arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 49 saylı sorğuya cavab olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə saat *5:0*-də M.Hadi 73a ev 5* ünvanına X*0 adında xəstə adına olan çağırışa 7 saylı bölmənin həkimi tibbi yardım göstərərək xəstəyə “keçirilmiş insultdan sonrakı vəziyyət, serebrat koma” diaqnozu qoymuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X*4 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73A, mənzil 7* ünvanına çağırışa gəldikdən sonra həkim Məlikov tərəfindən 67 yaşlarında həkimə qədər ölüm və qadın cinsli meyitin aşkarlandığı qeydi aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti X*9 Trestinin 5* saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhumə X*0 Buzovna qəbristanlığında xx.xx.2023-cü il tarixində dəfn edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 24.0*.*980-ci ildə Bakı şəhərində anadan olmuş, X2, anası X5. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Şəhər Baş Səhiyyə İdarəsi” publik hüquqi şəxs 38 nömrəli Şəhər Poliklinakısının xx.xx.2023-cü il tarixli *39 saylı məktubundan görünür ki, Xətai rayonu, 38 nömrəli ŞP-nın rəhbərliyi bildirir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”-nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.20*5-ci il 52 nömrəli əmrinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi 73a, mənzil 5* ünvanında qeydiyyatsız yaşamış *3.05.*956-cı il təvəllüdlü X7 tərəflərindən ölüm haqqında sənəd verilə bilmir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3*.05.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X4 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum anası X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *3.05.*956-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-2351/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2351/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver