Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2366/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 28.07.*98*-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı X3 26 mart 2025-ci il tarixdə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. Övladı uzun mddət idiki xəstəlikdən əziyyət çəkirdi. Dəfn mərasimində qohumlar və qonşular iştirak etmişdir. Ərizəçi qızının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və həmin şöbədən ona imtina verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının *.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın *.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 3*0.*-ci maddəsi). Həmin Qərarın 4.8-ci bəndində qeyd edilir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XİV-ЖГ № 339949 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4, anası Ərizəçi olan X3 28 iyul *98*-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 sentyabr *98*-ci il tarixdə 96 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X** “Bakı Baş Səhiyyə Mərkəzi” X** 4 №-li Birləşmiş Şəhər Xəstəxanasının 03 aprel 2025-ci il tarixli, *8-*-*-99/3-93/2025 saylı arayışdan görünür ki, mərhum 28 iyul *98*-ci il təvəllüdlü X3 26 mart 2025-ci il tarixində, saat 03:45-də yaşadığı evdə ölmüşdür. M.Bayramovanın *9 iyul 2024-cü il tarixdə 4 №-li Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmişdir. Lakin vəfat etmiş şəxsin ölüm səbəbi məlum olmadığından ona sahə həkimi təərfindən TQS №*06 verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 08 aprel 2025-ci il tarixli, 3-*6-5/8- *5-468/2025 saylı məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə vəya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından X2 dövlət qeydiyyatına alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan qəbirüstü abidə daşının fotoşəklindən görünür ki, X3 28 iyul *98*-ci il tarixdə anadan olmuş və 26 mart 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X* uzun müddət olardı ağır xəstəlikdən əziyyət çəkirdi və 26 mart 2025-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mərhum Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X* uzun müddət olardı ağır xəstəlikdən əziyyət çəkirdi və 26 mart 2025-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mərhum Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 28 iyul *98*-ci il tarixdə anadan olmuş X3 26 mart 2025-ci il il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin mərhumun ailə üzvləri qanunları lazımı qədər bilmədiyindən ölümü ilə bağlı sənədləşmə işləri aparılmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28 iyul *98*-ci il təvəllüdlü X2 26 mart 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. 28 iyul *98*-ci il təvəllüdlü X2 26 mart 2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov