Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2385/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı arasında mediator X1 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, aralarında bağlanmış barışıq sazişinə əsasən İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı 1 həftə ərzində ona məxsus evdən cehiz əşyalarını çıxarmalıdır. Aralarında bağlanmış nikahın pozulmasına baxmayaraq hal-hazıradək cehiz əşyalarını İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı gəlib evdən aparmamışdır. Birgə nikah dövründə İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, UNİON PARK yaşayış kompleksi, Blok 1, mərtəbə 11-də yerləşən mənzildə kirayədə yaşamışlar və cehiz əmlakları həmin mənzilə yerləşdirilmişdir. Daha sonra isə cehiz əşyalarını o, Bakı şəhəri, Binəqədi rayonu, Korpus 125, 3-cü Mədən ünvanında yerləşən evə yerləşdirmişdir. İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı, barışıq sazişinə əsasən 1 həftə ərzində Bakı şəhəri, Binəqədi rayonu, Korpus 125, 3-cü Mədən ünvanında yerləşən evdən cehiz əmlaklarının çıxarılması barədə öhdəlik götürmüşdür. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 8 saylı Mediasiya təşkilatının mediatoru X2 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) aralarında olan nikahın pozulması və cehiz əşyaların çıxarılması barədə mübahisə üzrə mediasiya qaydasında barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinin 2-ci bəndinə əsasən İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı, Ərizəçi ilə birgə nikaha daxil olduğu dövründə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi UNİON PARK yaşayış kompleksi Blok 1, Mərtəbə 11 (kirayədə yaşadıqları) ünvanına apardığı cehiz əşyalarının (mebel, məişət texnikası, çıl-çıraq, xalı, geyim əşyaları və s.) 2024-cü ilin noyabr ayında Ərizəçi tərəfindən çıxarılaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Korpus 125, 3-cü Mədən ünvana yerləşdirdiyini və bu cehiz əşyalarının mübahisəsiz qaydada çıxarılması üçün İbrahimli (Ağabəyi) Zülfiyyə Vüqar qızına şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razı olması, İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı özünə məxsus olan bu cehiz əşyalarının Bu saziş imzalandığı gündən etibarən 1 bir həftə ərzində Ərizəçi aid olan Bakı şəhəri, Binəqədi rayonu, Korpus 125, 3-cü Mədən ünvanında yerləşən fərdi yaşayış evindən tam çıxaracağına dair öz üzərinə öhdəlik götürməsi barədə barışıq əldə edilmişdir. Həmin barışıq sazişinin 3-cü bəndinə əasən hazırkı mübahisənin məhkəmədə kənar qaydada, qarşılıqlı razılıqları ilə həll olunduğunu təsdiq etmələri, bu sazişin 2-ci bəndində öz üzərinə götürdükləri öhdəliklərini pozduqda, aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərilərində saxlamaları, nikahın pozulması ilə bağlı Azərbaycan Respubliksı qanunvericiliyində nəzərdə tutulmuş addımların atacaların dair öz üzərinə öhdəlik götürmələri barədə razılıq əldə edilmişdir. İş materialların əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında 7 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 257 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli nikahın pozulması qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İşin hallarından müəyyən olunur ki, tərəflər arasında nikahın pozulması və cehiz əşyalarının çıxarılması barədə mediasiya qaydasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması və İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı tərəfindən özünə məxsus olan cehiz əşyalarının Bu sazişin imzalandığı gündən etibarən 1 bir həftə ərzində Ərizəçi aid olan Bakı şəhəri, Binəqədi rayonu, korpus 125, 3-cü Mədən ünvanında yerləşən fərdi yaşayış evindən tam çıxarılmasına dair öz üzərinə öhdəlik götürülmüşdür. Tərəflər arasında bağlanmış nikah isə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Barışıq sazişinin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq cehiz əşyalarının yaşayış evindən çıxarılması barədə İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı tərəfindən üzərinə götürülmüş öhdəlik isə yerinə yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri 8 saylı Mediasiya təşkilatının mediatoru X2 tərəfindən təsdiq edilmiş İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: - Bakı şəhəri, Binəqədi rayonu, Korpus 125, 3-cü Mədən ünvanında yerləşən fərdi yaşayış evindən cehiz əşyalarının çıxarılmasına dair Ərizəçi tərəfindən İbrahimli (Ağabəyi) Zülfiyyə Vüqar qızına şərait yaratması barədə öz üzərinə öhdəlik götürür, - İbrahimli (Ağabəyli) Zülfiyyə Vüqar qızı özünə məxsus olan bu cehiz əşyalarının 1 bir həftə ərzində Ərizəçi aid olan Bakı şəhəri, Binəqədi rayonu, Korpus 125, 3-cü Mədən ünvanında yerləşən fərdi yaşayış evindən tam çıxaracağına dair öz üzərinə öhdəlik götürür. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2385/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2385/2025
19.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver