Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2389/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20.02.*96*-ci il təvəllüdlü X*nun 09.02.*993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X* 20.02.*96*-ci ildə Bakı şəhərində o vaxtki Əzizbəyov (indiki Xəzər rayonu) Mərdəkan qəsəbəsində anadan olmuşdur. O, Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 09.04.*992-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin *45-ci maddəsinin 2-ci hissəsinin *,22,6,7,8-ci bəndləri, *43-cü maddəsinin 4-cü hissəsi, 220-ci maddəsinin *-ci hissəsi,38-ci maddəsi(köhnə redaksiyada) ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla ** il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş cəzasının əvvəli 20.*0.*989-cu il tarixdən hesablanmaqla cəza çəkmişdir. 09.02.*993-cü il tarixdə Penitensiar Xidmətin Müalicə müəssisəsində vəfat etmiş və onun ölümü haqqında məlumat Bakı şəhəri, Əzizbəyov rayon X3 Qeydiyyatı Şöbəsinə göndərilmişdir. Lakin, Penitenstar Xidmətin arxivində X4 şəxsi işi aşkar edilmədiyindən müvafiq sənədin verilməsi mümkün olmamışdır. Bundan əlavə Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən ölüm şəhadətnaməsinin verilməsindən imtina edilərək məhkəməyə müraciət olunması qeyd edilmişdir. X* Xəzər rayonun Mərdəkan qəsəbə qəbrəstanlığında dəfn edilmişdir. Qardaşı onunla bir ünvanda yaşamış, ailə qurmamış və onun himayəsində olmuşdur. Onun başqa yaxın qohumu yoxdur. Proses iştirakçılarının izahatı Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qardaşı cəzaçəkmə müəssisəsində idi. onun 29/30 yaşı var idi. Cənazəni təhvil alanda xəsarət izləri yox idi.Mərdəkanda dəfn ediblər. Ata evinin sənədləşdirilməsi üçün lazımdır. Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X9 ifadəsində göstərmişdir ki, mərhum onun qardaşı idi. Qardaşı vəfat edəndə subay idi. Şəkər xəstəliyi və başında problemlər var idi. Cənazəni təhvil alanda bədənində xəsarət izi yox idi. Mərdəkanda dəfn ediblər. Ərizəyə etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, xx.xx.*957-ci il təvəllüdlü Ərizəçi və 20.02.*96*-ci il təvəllüdlü X4 anası X*0 atası isə X7r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına əsasən, *96*-ci il təvəllüdlü X8 Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 09.04.*992-ci il tarixli hökmünə əsasən (həbs olunma tarixi 20.*0.*989-cu il) Azərbaycan Respublikası CM-nin *45-ci maddəsinin 2-ci hissəsinin *, 2, 6, 7, 8-ci bəndləri, *43-cü maddəsinin 4-cü hissəsi, 220-ci maddəsinin *-ci hissəsi, 38-ci maddəsi (köhnə redaksiyada) ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla ** il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09.02.*993-cü il tarixdə Müalicə müəssisəsində vəfat etmiş və ölüm haqqında məlumat Bakı şəhəri, Əzizbəyov rayon X3 Qeydiyyatı şöbəsinə göndərilmişdir. Penitensiar xidmətin arxivində A.G.Əliyevin arxiv şəxsi işi aşkar edilmədiyindən, onun barəsində müvafiq sənədin verilməsi mümkün deyildir. Məlumat üçün bildirilir ki, Albəndə Əliyevin ölüm faktını təsdiq edən sənədin əldə edilməsi və ya bərpası ilə bağlı “ASAN xidmət” mərkəzləri və ya Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etməyiniz məqsədə müvafiqdir. - Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*8.*. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə *93. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası Bənd 8.5. ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 8.2. ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi qardaşı 20.02.*96*-ci il təvəllüdlü X4 09.02.*993-cü il tarixdə il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göründüyü kimi, ərizəçi müəyən sənədləri əldə etmək istəyir. Lakin qardaşının ölümü müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. Hazırda baxılan mülki iş üzrə hüquq haqqında mübahisənin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qardaşı 20.02.*96*-ci il təvəllüdlü X4 09.02.*993-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 20.02.*96*-ci il təvəllüdlü X4 09.02.*993-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2389/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2389/2025
18.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver