Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2423/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək əri *4.03.*950-ci il təvəllüdlü X5 *2.04.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun əri X*0 *2.04.2024-cü il tarixdə vəfat etmişdir. Onun yoldaşı qaraciyər xəstəliyindən ölmüşdür. Onların qeydiyyatda olduqları yerin Lənkəran şəhəri olmasına baxmayaraq onlar Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayırlar. Onlar təcili yardım çağırsalar da, X*0 təcili yardım xidmətinin əməkdaşları gələnə qədər vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun əri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi X* Əlirza Cankişi oğlunun ölümünün qeydiyyatı üçün Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Lakin ölümü təsdiq edən sənəd olmadığına görə qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* X5 onun atası olduğunu, həmin şəxsin *2.04.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdə vəfat etdiyini və həmin şəxsin Binə qəsəbəsində dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X5 onun qayınatası olduğunu, həmin şəxsin *2.04.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdə vəfat etdiyini və həmin şəxsin Binə qəsəbəsində dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı, 0668720* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*0 *4.03.*950-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Təcili və X6 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, *2.04.2024-cü il tarixli çağırışa əsasən həkim gələnə qədər X*0 ölmüşdür. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X** “X*5” X*4 Bakı Baş Səhiyyə Mərkəzi X** 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2024-cü il tarixli, *86 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yaşamış *4.03.*950-ci il təvəllüdlü X5 *2.04.2024-cü il tarixdə Təcili və X6 tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxs 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığı üçün TSQ№*06 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə bələdiyyəsinin 6*9 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X*0 *2.04.2024-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *437 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X*0 *2.04.2024-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-*6-5/8-*5-İ- 552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X*0 ərizəçinin əri olmuşdur. Həmin şəxs *2.04.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X5 *2.04.2024-cü il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *4.03.*950-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X5 *2.04.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2423/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2423/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver