Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2456/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 25.03.*960-cı il təvəllüdlü qardaşı X2 *8.*2.2008-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, qardaşı X3 *8.*2.2008-ci il tarixdə 48 yaşında həkimlərin səyinə baxmayaraq rəhmətə getmişdir. Lakin ölüm səbəbinə hər hansısa diaqnoz qoyulmadığı üçün ona müsbət arayış verilməmişdir. Qardaşını Qala qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə ilə bağlı ona lazımdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan * ədəd fotoşəkildən görünür ki, X2 2008-ci il tarixdə vəfat etməsi onun qəbirinin baş daşı üzərində qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *2.04.2025-ci il tarixli Ərizəçi etibarnamə ilə nümayəndəsi X6 ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarına daxil olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin məktubundan görünür ki, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, dalan 6, ev 5-də qeydiyyatda olan X3 2008-ci il tarixdə qeydiyyatda olduğu evdə vəfat edib və onu Qala qəbirstanlığında dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X* onun qardaşı olmuşdur. X3 uzun müddətdir ki, vəfat etmiş, Qala qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X* onun qardaşı olmuşdur. X3 *0 ildən çoxdur ki, vəfat etmişdir və Qala qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin qardaşı olmuşdur. *8.*2.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qardaşı X2 *8.*2.2008-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 25.03.*960-cı il təvəllüdlü X2 *8.*2.2008-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2456/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2456/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver