Məhkəmə qərarları › İş №2(003)-2467/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2467/2025

25.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2467/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək *9.07.*98*-ci il təvəllüdlü əri X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, əri X3 *9.07.*98*-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 04:00 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Zeytun sovxozu küçəsi, ev *20 ünvanında qəflətən səhhəti pisləşdiyi üçün X7 xidməti çağırmışlar, lakin onlar gəldikləri zaman həyat yoldaşının vəfat etdiyini bildirmişlər. Dəfn mərasimindən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Bakı Baş Səhiyyə X6 Şəxsə müraciət etmiş, lakin ölüm səbəbinə hər hansısa diaqnoz qoyulmadığı üçün ona şəhadətnamə verilməsindən imtina olunmuşdur. Mərhum ərinin borcları var, mərhumun ölüm haqqında şəhadətnaməsi vərəsəlik ilə bağlı ona lazımdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 073393 nömrəli nikah haqqında şəhadətnamə surətindən görünür ki, X3 ilə Ərizəçi arasında 29.*0.2003-cü il tarixdə Qaradağ rayonu VVADQ şöbəsində nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ SERİYALİ 492345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 *9.07.*98*-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli 45 nömrəli şəhər poliklinikasının arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə evdə ölmüş və ölümə səbəb olan hər hansısa diaqnozu təsdiq etmək mümkün olmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məktubundan görünür ki, X* qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Rusdamov Taleh Qubaşah oğlu bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin əri X3 olmuşdur. X3 xx.xx.2025-ci il tarixdə saat 04:00-da vəfat etmiş, Qala qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şirinov Amil Babaşah oğlu bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin əri X3 olmuşdur. X3 2025-ci ilin may ayında vəfat etmiş, Qala qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas mərasimlərində iştirak edib. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin əri olmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və araşdırılmış sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. *9.07.*98*-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar