Məhkəmə qərarları › İş №2(003)-2477/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2477/2023

01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2477/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək *5.0*.*952-ci il təvəllüdlü qardaşı X5 *0.06.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X7 onu ilə birgə Bakı ş.,Xəzər rayonu,Şüvəlan qəsəbəsi, İ.Muradov küç.,ev 6 ünvanda yaşayırdı. O, subay idi. *0.06.2023-cü il tarixdə qardaşı X5 halı pisləşdi. Təcili tibbi yardım stansiyasına müraciət etdik. Lakın həkmilər gələnə kimi qardaşı X7 vəfat etmişdir. Həmçinin mərhuma aid qəbirüstü abidənin fotoşəkilləri ərizəyə əlavə olunmuşdur. Onlar mərhumu Şüvəlan qəsəbə qəbrstanlığında dəfn etdilər. Sonradan xəstəxanadan ölüm haqqında həkim arayışı tələb etdik, lakin arayışı vermədilər. Gələcəkdə vərəsə məsələləri həll etmək lazımdır. Lakin qardaşının ölümünü təsdiq edən sənəd olmadığına görə bunu edə bilmir. Ölümünü təsdiq edən lazımı sənədi başqa qaydada əldə edə bilmirlər. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. X5 *0.06.2023-cü il tarixdə ev şəraitində vəfat etməsi qonşuları tərəfindən təsdiq edilə bilər. Ona görə də onun qardaşı X7 nun *0.06.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktını müəyyən edilməsi barədə ərizənin təmin olunmasını xahiş edir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. X2 onunla qonşuluqda qardaşı ilə birlikdə yaşayırdı. Mərhum iyun ayının *0-u rəhmətə gedib. Mərhumu məscidə özü aparıb yuybdur. Mərhumun dəfnində və yas məclisində iştirak edib. Mərhum Şüvəlan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilən X8 izahatında bildirdi ki, o, Nazim qonşusu olub. Eşitdi ki, ölüb. Gedib dəfn etdilər. Mərhumun övladları yoxdur. Mərhumun dəfnində iştirak etmişdir. Mərhum Şüvəlan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayeri üzrə qeydiyyat haqqında 64969*4 saylı arayışdan görünür ki, xx.xx.*946-cı il təvəllüdlü Ərizəçi ünvan 2 ünvanından mərhum qardaşı *5.0*.*952-ci il təvəllüdlü X7 ilə birlikdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3-*5-5/8-*5-*-907/2023 saylı *7.06.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin qardaşı X5 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*6 45 nömrəli Şəhər Poliklinikasının *3.06.2023-cü il tarixli Bakı şəhər Xəzər Rayon Məhkəməsinə ünvanlanmış *9* saylı məktubundan görünür ki, Mərhum *5.0*.*952 ci il təvəllüdlü, X*3 *0.06.2023-cü il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən Həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən Ölüm haqqında şəhadətnamənin №AZS-*06 verilməsinə imtina edilmişdir və Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, *5.0*.*952-ci il təvəllüdlü X5 atası İbrahimov Hacıağa, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.*946-ci il təvəllüdlü Ərizəçi Hacıağa oğlunun atası İbrahimov Hacıağa, anası X3r. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının *0 saylı bölməsi tərəfindən verilmiş *0.06.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 5 ünvanına çağırışa gəldikdən sonra həkim tərəfindən həkimə qədər ölüm və kişi cinsli meyitin aşkarlandığı qeydi aparılmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ərizəçinin qardaşı olmuşdur. *0.06.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. X* qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qardaşı X5 *0.06.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *5.0*.*952-ci il təvəllüdlü X5 *0.06.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar