Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2492/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili X21 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anasının xx xxxx 1955-ci il tarixində verilmiş Xİİ-ЛС 615954 seriyalı pasportunda göstərilən şəxs – X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmış ünvan 1 ünvanında yerləşən evin 1963-cü ildə tərtib edilmiş texniki pasportunda sahib kimi göstərilmiş X12, xx xxxxxx 1943-cü il tarixdə Ərizəçi Xəzər rayon Buzovna qəsəbəsində İ/N-də 141 saylı doğum haqqında akt qeydi tərtib olunmuş və doğum haqqında şəhadətnaməsində anasının ad, soyad, ata adı kimi göstərilmiş X11, xx xxxxxxxx 1974-cü il tarixli Azərbaycan SSR “Azneft” Neft kəşfiyyatçıları birliyinin Birləşmiş Xəstəxanasının epikrizində (xəstəlik tarixçəsi 3259/513) Ərizəçi anasının ad, soyad ata adı rus dilində X26 kızı, Ərizəçi anasının və atasının nikah haqqında şəhadətnaməsində arvad kimi göstərilmiş X36 və Ərizəçi anasının məzarının üzərində qeyd olunmuş X2 eyni şəxs olması faktının, eləcə də xx xxxx 1955-ci il tarixində verilmiş Xİİ-ЛС 615954 seriyalı pasportda göstərilən X7 xx.xx.1974-cü il tarixində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx xxxx 1955-ci il tarixində verilmiş Xİİ-ЛС 615954 seriyalı pasportda göstərilən X7 xx xxxxxxxx 1974-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, anasının ölməsinə baxmayaraq, həmin fakt rəsmiləşdirilməmişdir. xx xxxxxxxx 1974-cü il tarixli Azərbaycan SSR “Azneft” Neft kəşfiyyatçıları birliyinin Birləşmiş Xəstəxanasının epikrizində anasının klinik müayinə nəticəsində aşağıdakı diaqnoz qoyulmuşdur: əsas: aterosklerotik koronarokardioskleroz, ağırlaşma: xroniki bronxit, yanaşı: İ dərəcəli ürəkdamar çatışmazlığı. Həmin epikrizdə nəticənin dəyişiksiz olması göstərilməklə öz imzası ilə xx.xx.1974-cü il tarixində evə yazılması qeyd olunur. Elə xx.xx.1974-cü il tarixində də anası X13 ölmüşdür. Həmin vaxt başı anasının ölümünə, dəfninə qarışdığından təcili yardım çağırtdıra bilməmişlər. Bununla əlaqədar olaraq, Bakı şəhəri 14 saylı Poliklinikaya ölümün rəsmiləşdirilib rəsmiləşdirilməməsi barədə sorğu versələr də, 14 saylı X8ra cavab vermişdir ki, X9 ölüm haqqında şəhadətnamə kağızı 14 saylı BŞX-da tapılmamışdır. Bundan sonra Bakı şəhəri Maraqlı şəxsnə sorğu vermişlər. Sonuncunun xx xxxx 2020-ci il tarixli cavab məktubunda da bildirilmişdir ki, Mürvətova Süniyə (Süriyyə) İmamqulu qızının ölməsinə dair həkim arayışı olmadığı üçün onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu halda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, xx xxxx 1955-ci il tarixində verilmiş Xİİ-ЛС 615954 seriyalı pasportda göstərilən X6 xx xxxxxxxx 1974-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X30 məhkəmə iclasında ərizəçinin izahatında qeyd etdiyi xüsusatları qeyd etmiş və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qonşusudur. Onlar bir yerdə böyümüşlər. Ərizəçinin anası 1974-cü ildə rəhmətə gedib, Buzovna qəsəbəsində dəfn edilib. X3 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. X4 məhkəməyə bildirmişdir ki, ərizəçi ilə həm qohum, həm də qonşudurlar. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş xx xxxx 1955-ci il tarixində verilmiş Xİİ-ЛС 615954 seriyalı pasportun surətindən görünür ki, X15 (sənəddə olduğu kimi: X29) 1906-cı ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 373/12 saylı doğum haqqında arayışdan görünür ki, X18 xx xxxx 1942-ci il tarixdə anadan olmuşdur, bu barədə xx xxxxxx 1943-cü il tarixdə Xəzər rayon Buzovna qəsəbə İ/N-də 141 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X5, anası X10r. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR “Azneft” Neft kəşfiyyatçıları birliyinin Birləşmiş xəstəxanası tərəfindən verilmiş epikrizdən (xəstəlik tarixçəsi № 3259/513) Mürvətova Suriyə (Sürayyə) Mustafa qızına xroniki hepatoxolesistit, aterosklerotik koronarokardioskleroz diaqnozu qoyulmuşdur. İş materiallarına 1906-1974-cü illərdə yaşamış X1 aid qəbir daşının fotoşəkili əlavə edilmişdir. Eyni zamanda, işin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən ərizəçinin anası, xx.xx.1906-cı il təvəllüdlü X15 xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/15-698 №-li məktubundan görünür ki, ərizəçinin anası Mürvətova Süniyə (Süriyyə) İmamqulu qızının ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1906-cı il təvəllüdlü X7 xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. xx xxxx 1955-ci il tarixində verilmiş Xİİ-ЛС 615954 seriyalı pasportda göstərilən xx.xx.1906-cı il təvəllüdlü X27 (sənəddə olduğu kimi: X29) qızının xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2492/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2492/2020
22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver