Məhkəmə qərarları › İş №2(003)-2494/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2494/2021

14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2494/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 fevral 1953-cü il təvəllüdlü əri X4 29 aprel 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, 18 fevral 1953-cü il təvəllüdlü X8 onun həyat yoldaşıdır. Onlar 17 oktyabr 1978-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həyat yoldaşı 29 aprel 2021-ci il tarixdə vəfat etmiş və Şağan qəbristanlığında dəfn edilmişdir. Lakin ölüm haqqında şəhadətnamə ala bilmir. Ərizəyə əlavə etdiyi X13 stansiyasının BŞT və TTYS 10 saylı bölmənin arayışından görünür ki, həyat yoldaşı terminal vəziyyətində olmuşdur. Qara ciyər serrozundan əziyyət çəkirdi. Ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina məktubu verilmişdir. Ölüm haqqında şəhadətnamə olmadığı üçün yoldaşı pasport qeydiyyatında qalmışdır. Qeyd olunanlara əsasən, 18 fevral 1953-cü il təvəllüdlü əri X4 29 aprel 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə bildirmişdir ki, ərizəçi onun doğma bacısıdır. Bacısının həyat yoldaşı xəstə olmuş, 29 aprel 2021-ci il tarixdə vəfat etmiş və öldükdən sonra Şağanda dəfn olunmuşdur. Solmazın əvvəl oğlu, sonra da əri rəhmətə gedib, vəziyyəti yaxşı deyil. X1 məhkəməyə bildirmişdir ki, ərizəçi onun anası, mərhum isə atasıdır. Atası xəstə olmuş, 29 aprel 2021-ci il tarixdə vəfat etmiş və öldükdən sonra Şağanda dəfn olunmuşdur. Həkim gəlib atasına baxıb huşsuz olduöunu demiş, həkimlər qapıdan çıxan kimi rəhmətə getmişdir. Amma həkimlər qayıdıb arayış verməmişlər. Başları çox qarışıq olduğu üçün vaxtında ölümün qeydə alınması üçün müraciət edə bilməmişlər. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 18 fevral 1953-cü ildə Salyan rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Bakıxanova Solmaz Heybət qızı 17 oktyabr 1978-ci il tarixdə akt qeydləri kitabında 555 sayla qeyd edilməklə nikaha daxil olmuş, arvada Qurbanova soyadı verilmişdir. Qeyd olunan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X4 həyat yoldaşı olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs 08.05.2021-ci il tarixli məktubundan görünür ki, X4 ölümünün qeydə alınması barədə Ərizəçi ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə Bakı şəhəri Təcili və X7 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, 29 aprel 2021-ci il tarixdə saat 16:00-da X2 adına çağırış olmuş, evə gələn X13 tərəfindən xəstənin terminal vəziyyətdə olduğu aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18 fevral 1953-cü il təvəllüdlü X4 29 aprel 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 18 fevral 1953-cü il təvəllüdlü X4 29 aprel 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar