Məhkəmə qərarları › İş №2(003)-2494/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2494/2024

21.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2494/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/2-01871 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişin aliment hissəsini yanı Maraqlı şəxs tərəfindən xx.xx.2015-ci il təvəllüdlü X1 (uşağının) yetkinlik yaşına çatmasına qədər saxlanılması üçün hər ay ayın 5-nə qədər aylıq 220 (iki yüz iyirmi) manat məbləğində sabit aylıq alimenti Ərizəçi ödəməsini təsdiq edilməsini və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək ödənilməyən alimenti hesablanaraq Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2014-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixində X4 adlı oğlu dünyaya gəlmişdir. Ailə münasibətləri pozulduğuna və birgə yaşamaq mümkün olmadığına görə Maraqlı şəxs Xəzər Rayon Məhkəməsinə müraciət edərək nikahın pozulmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsində işə baxılmışdır və xx.xx.2017-ci il tarixli, 2(003)-1589/2017 saylı qətnamə ilə nikahı pozulmuşdur və qeyd olunan qətnamədə alimentlə bağlı məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Maraqlı şəxs dəfələrlə müraciət edərək uşağın saxlanılması ilə bağlı alimentin ödənilməsini xahiş etsə də müraciətləri uzun müddət cavabsız qalmışdır. Qeyd olunanı nəzərə alaraq o, mediasiya prosessini başlamışdır və xx.xx.3022-ci il tarixində Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında iştirak edərək Maraqlı şəxs ilə MŞB/2-01871 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Qeyd olunan barışıq sazişin razılaşdıqları digər şərtlərlə barəbər alimentin ödənilməsi ilə bağlı razılaşma əldə edilmişdir. Qeyd olunan barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 (uşağının) yetkinlik yaşına çatmasına qədər saxlanılması üçün hər ay ayın 5-nə qədər aylıq 220 (iki yüz iyirmi) manat məbləğində sabit aylıq alimenti Ərizəçi ödəməyi öz öhdəsinə götürür. Razılaşmaya uyğun olaraq Maraqlı şəxs 2023-cü ilin yanvar ayından 220 manat alimenti ödəyirdi. Maraqlı şəxs qeyd olunan alimenti heç bir səbəb olmadan xx.xx.2023-cü il tarixinədən ödənişi dayandırmışdır. Alimentin ödənilməsi dayandırıldıqdan sonra dəfələrlə Maraqlı şəxs alimentin ödənilməsi ilə bağlı müraciət edilsə belə, bu müraciətlərə məhəl qoyulmamışdır. Maraqlı şəxsn hərəkətlərini nəzərə alaraq alimentin ¼ hissədə tutulması ilə bağlı mediasiya prosessi keçirilmişdir və Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Xəzər Rayon Məhkəməsində işə baxılaraq xx.xx.2024-cü il tarixli qətnamə qəbul etmişdir və 29.12.22-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dayişdirilərək yə qətnamənin qanuni qüvvəyə mindiyi gündən Maraqlı şəxsn uşağın saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissədə tutularaq ödənilməsini qət etmişdir. Qətnamə xx.xx.2024-cü il tarixində qüvvəsini almışdır və icra edilməsi üçnü icra şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixindən məhkəmə qanuni qüvvəsini aldığı tarixədək yani xx.xx.2024-cü il tarixədək uşağın saxlanılması ilə bağlı barışıq sazişində qeyd olunduğu kimi 220 manat aliment Maraqlı şəxs tərəfindən ödənilməmişdir. Ərizəyə əlavə edilmiş və işin materiallarında olan sübutlardan görünür ki, xx.xx.2023-cü il tarixindən məhkəmə qanuni qüvvəsini aldığı tarixədək yani xx.xx.2024-cü il tarixədək uşağın saxlanılması ilə bağlı barışıq sazişində qeyd aliment razılaşmanı Maraqlı şəxs tərəfindən könüllü icra edilməmişdir və bu səbəbdən məhkəməyə müraciət edərək MŞB/201871 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişin aliment hissəsini təsdiq edilməsini və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarix arasında ödənilməmiş alimentin məcburi ödənilməsi barədə qətnamani qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun vəkili və nümayəndəsi Nümayəndə hər biri ayrılıda ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni etiraf edərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-1589/2017 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin 01 ayının 17 günündə 14 N-ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxsdur. Anası Ərizəçidır. İş materiallarında olan MŞB/2-01871 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin aşağıdakı şərtlər ilə bağlı razılaşırlar: 1. Atalığın müəyyən olunması tələbi ilə bağlı razılaşma: İkinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi xx.xx.2015-ci il tarixində dünyaya gətirdiyi X2 (uşağın) atası olduğunu qəbul edir və bununla bağlı sənədləşmə işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət etməyi öz üzərinə götürür.

2. Uşaqla ünsiyyət tələbi ilə bağlı razılaşma: Birinci tərəf Ərizəçi, xx.xx.2015-ci il təvəllüdlü uşağı X1 atası-ikinci tərəf Maraqlı şəxs ilə hər həftənin bazar günü saat 10.00dan 18.00-a qədər və Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Yeni ildə isə həmin Bayramların 2-ci günü saat 10.00-dan 18.00-a qədər ünsiyyətdə olmaq, tək başına və ya ailəsi (atası, anası, bacısı, qardaşı və sairə qohumları) ilə birlikdə görüşmək, birlikdə vaxt keçirmək tələbini qəbul edir və bununla bağlı ikinci tərəf Maraqlı şəxs hüququnun təmin edilə bilməsinə müvafiq köməklik göstərəcəyini öz üzərinə götürür.

3. Aliment tələbi ilə bağlı razılaşma: İkinci tərəf Maraqlı şəxs, xx.xx.2015-ci il təvəllüdlü X1 (uşağının) yetkinlik yaşına çatmasına qədər saxlanılması üçün hər ayın 5-nə qədər aylıq 220 (iki yüz iyirmi) manat məbləğində sabit aylıq alimenti birinci tərəf Ərizəçi ödəməyi öz öhdəsinə götürür. Həmin aliment Ərizəçi təqdim etdiyi bank hesabına ödəniləcəkdir. Aliment məbləği hər il tərəflərin razılaşması ilə artırıla və ya azaldıla bilər. Bu mümkün olmasa tərəflər aliment məbləğinin artırılması və ya azaldılması üçün müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-1107/2024 saylı qətnaməsindən görünür ki, qətnamə 29.12.22-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəçi xeyrinə xx.xx.2015-ci ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında aliment tələbi ilə bağlı razılaşmaya görə Maraqlı şəxs, xx.xx.2015-ci il təvəllüdlü X1 (uşağının) yetkinlik yaşına çatmasına qədər saxlanılması üçün hər ayın 5-nə qədər aylıq 220 (iki yüz iyirmi) manat məbləğində sabit aylıq alimenti birinci tərəf Ərizəçi ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin aliment Ərizəçi təqdim etdiyi bank hesabına ödəniləcəkdir. Aliment məbləği hər il tərəflərin razılaşması ilə artırıla və ya azaldıla bilər. Bu mümkün olmasa tərəflər aliment məbləğinin artırılması və ya azaldılması üçün müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/2-01871 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişinin 3-cü bəndi təsdiq edilməlidir. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdeh Maraqlı şəxs alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/2- 01871 saylı xx.xx.2022-ci il tarixli barışıq sazişinin 3-cü bəndi (Aliment tələbi ilə bağlı razılaşma: İkinci tərəf Maraqlı şəxs, xx.xx.2015-ci il təvəllüdlü X1 (uşağının) yetkinlik yaşına çatmasına qədər saxlanılması üçün hər ayın 5-nə qədər aylıq 220 (iki yüz iyirmi) manat məbləğində sabit aylıq alimenti birinci tərəf Ərizəçi ödəməyi öz öhdəsinə götürür. Həmin aliment Ərizəçi təqdim etdiyi bank hesabına ödəniləcəkdir. Aliment məbləği hər il tərəflərin razılaşması ilə artırıla və ya azaldıla bilər. Bu mümkün olmasa tərəflər aliment məbləğinin artırılması və ya azaldılması üçün müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər.) təsdiq edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar