Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2497/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı nümayəndəsi (atası) X3 iştrakları ilə İddiaçı Cavabdeh qarşı "əmlak" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh aşağıda qeyd edilən cehiz əmlakının alınıb ona verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirdi ki, iddiaçı cavabdehlə birgə xx.xx.2014-cü ildə nikaha daxil olmuşlar.İlk vaxtlar münasibətləri normal olsa da, sonradan aralarındakı münasibətlər kəskinləşmiş, bu da nikahın pozulmasına səbəb olmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə nikahları pozulmuşdur.Nikah pozulduqdan sonra cavabdehdən cehiz əşyalarının qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir.Cehiz əşyaları: 1.Kondisioner (qara rəngdə)- Boşh firması -45 kv/m-1400 azn, 2.Xalça – Bənövşəyi rəng 1.60+80-100 azn, 3.Paltar zivəsi-100 azn, 4.Tozsoran Samsung-270 azn, 5.Paltar səbəti qırmızı rəngdə-10 azn, 6.Süpürgə və xəkəndaz(təzə dəst)-6 azn, 7.Qara rəngdə stol 1 ədəd-82 azn, 8.Pərdə dəst, alt, üst tacı tünd şabalıdı rəngdə-200 azn, 9.Pərdə açıq qəhvəyi tül-100 azn, 10.Divan üstünün yastığı 2 ədəd-20 azn, 11.Paltar veşilkası 12 ədəd- 10 azn, 12.Tərəvəz səbəti-10 azn, 13.3 ədəd kauçuk ləyənlər-10 azn, 14.Pol vedrəsi dəst- 16 azn, 15.2 dəst pastel-100 azn, 2 dəst qətvə (təzə)-20 azn, 2 dəst dəsmal-12 azn,16.1 bağlama stəkan, 1 bağlama nəlbəki-10 azn, 17.1 ədəd tava, 1 ədəd qazan-40 azn,18.1 ədəd qrafinka -5 azn, 19.1 ədəd süfrə-10 azn, 20.1 ədəd döşək-100 azn, 1 ədəd yorğan- 55 azn, 21.1 ədəd yastıq-50 azn, döşəkcə-20 azn, 22.Boşqab dəsti 4 cür 6 nəfərlik-80 azn, 23.2 ədəd qənd qabı-20 azn, 24.1 ədəd vaza meyvə üçün-50 azn, 25.6 ədəd duz qabı-8 azn, 26. fincan dəsti-40 azn, 27.2 dəst karniz-60 azn, 28.yağ pendir qabı-5 azn, 29.2 ədəd qayçı mətbəx və paltar üçün-7 azn.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştrak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, kondisionerdən başqa bütün cehiz əşyalarını qaytarıb, kondisioneri qaytarmama səbəbi isə ustaların kondisioneri sındırması olmuşdur.Cehiz əşyalarını qaytarması ilə bağlı xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixli etiraz ərizəsində göstərmişdir ki, siyahıda adları qeyd edilən əşyalardan yalnız “Bosh” markalı 45 kv.m lik kondisioner olmuş, həmin kondisioner iddiaçıya geri qaytarılarkən korlandığından cavabdehin təhvil-təslim aktındakı qeydindən də göründüyü kimi ona yenisini almağa razılaşmışdır. Qalan əşyalar ümumiyyətlə mövcud olmamış və əvvəlki mübahisələrdə də bu əşyalar mübahisələndirilməmişdir. Həmçinin iş materiallarından da göründüyü kimi təhvil-təslim aktı ilə bütün əşyalar iddiaçıya təhvil verilmiş, həmçinin tərəflər arasında əşyalarla bağlı əvvəlki mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Ona görə də iddia tələbinin “Bosch” markalı 45 kv.m lik kondisioner hissəsində təmin edilməsinə etiraz etməsə də iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1071/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Xəzər rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 794 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-191/2023-cü il nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsindən görünür ki, X1 Cavabdeh qarşı ‘əmlak’ tələbinə dair iddiası qismən təmin edilmiş, 100 manat dəyərində olan böyük ayaq üstü saat Cavabdeh alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16(003)-117/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli Qərardaddan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan mülki iş mahiyyəti üzrə baxılıb mübahisə həll edilənədək ərizəçi İddiaçı məxsus olan, Cavabdeh sahibliyində olan aşağıdakı cehiz əşyalarının üzərində həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, cehiz əşyaları (kondisionerdən başqa) təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, kondisioner sökülən zaman ustalar tərəfindən sındırılmışdır.Qısa zamanda zərərin qarşılanacağı bildirilmişdir. İş materiallarında olan nikhaın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh arasındakı nikah Xəzər Rayon Məhkəməsinin 2(003)- 1071/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən pozulmuşdur.Bu barədə nikahın pozulması akt qeydləri kitabında 276 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci madəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən etdi ki, cavabdeh tərəfindən iddiaçya məxsus cehiz əşyaları özünə qaytarılmış və bu təhvil-təslim aktında göstərilmiş, yalnız kondisioner zədələyindən iddiaçıya verilməmişdir.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Bosch” firmasına məxsus, 1400 manat dəyərində olan, 45 kv. m.lik sahə üçün nəzərdə tutulmuş kondisioner Cavabdeh alınıb İddiaçı qaytarılmalı, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən “Bosch” firmasına məxsus, 1400 manat dəyərində olan, 45 kv. m.-lik sahə üçün nəzərdə tutulmuş kondisioner İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2497/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2497/2024
26.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver