Məhkəmə qərarları › İş №2(003)-2503/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2503/2020

08.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2503/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, X1katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi X5, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ilkin ddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus əmlaklarının alınıb ona qaytarılması, cavabdehdən ona vurduğu 6630 manat miqdarında maddi ziyanın və 6000 manat mənəvi ziyanın alınıb ona verilməsi və çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanından məhrum etdiyinə görə 01,08.2019-cu il tarixdən əmlakın ona təhvil verilən tarixədək olan müddət ərzində hər günə ona vurduğu 150-200 manat miqdarında ziyan hesablanmaqla, maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən icarə haqqının ödənilmədiyi üçün vurulmuş ziyana görə 7.200 manat məbləğində, icarə obyektini əvvəlki vəziyyətinə qaytarmamasına görə vurulmuş maddi ziyanın əvəzi olaraq- 3148 (üç min yüz qırx səkkiz) manat, kommunal ödənişlər etməməsinə görə vurulmuş maddi ziyanın əvəzi olaraq, işıq enerjisindən istifadəyə 192 manat qazdan istifadəyə görə 1465 manat, ümumilikdə kommunal ödənişlərə görə 1657 manat, kanalizasiya xəttinə axıdılan suya görə 432 manat məbləğdə pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə icarə müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh Xəzər rayonu Mərdəkan qəzəbəsi, Yesenin küçəsi ev 88 ünvanda yerləşən ümumi sahəsi 55.5 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə ona məxsus 30 kv.m. ona icarəyə vermişdir. İcarəyə əsasən o, icarəyə verən Cavabdeh 600 manat icarə haqqı ödəyirdi. İcarə müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Bundan sonra o, həmin sahəyə 170 manata reklam qoydurub. Hər biri 400 manat dəyərində 2 böyük təndir, 300 manat dəyərində balaca təndir qoydurmuş, 50 manata tərəzi almış, 250 manata böyük tüstü bacası, hər biri 200 manata 3 balaca tüstü bacası qoydurmuş, 300 manat dəyərində 2 ədəd ventilyator, 150 manata təndir tava, 200 manata təndir setka, 100 manata təndir farsunkası, 300 manata təndir qazı, 50 manata təndir qapaq, 40 manata təndirdən çörək çıxaran, 150 manata vanna qab-qacağı, 70 manata qaz nasosu, 100 manata işıqlar alıb qoydurmuş, 3000 manata materialları və usta pulu ilə birlikdə qril bişirmək üçün yer tikdirmişdir. Qril aparatından başqa yuxarıda sadaladığı əmlakların dəyəri 6630 manat təşkil edir. x xxxxxx 2020-ci il tarixdə icarə müqaviləsinin müddəti bitdi, lakin cavabdeh həmin icarə müqaviləsinin müddətini artırmaqdan imtina etdi. O, həmin 30 kv.m. sahəyə qoyduğu və aldığı yuxarıda sadaladığı əmlakları oradan götürmək istədikdə, Cavabdeh bundan imtina etmiş və onun əmlaklarını götürməyə qoymamış və gələcəkdə də qaytarmayacağını bildirmişdir. Bundan sonra öyrənmişdir ki, cavabdeh onun 3000 manata tikdirdiyi qril bişimək üçün aparatı söküb naməlum istiqamətə aparmışdır. Cavabdehin bu hərəkətindən o, dərin sarsıntı keçirmiş və xəstələnmişdir. Ona görə də ona 6000 manat miqdarında mənəvi ziyan dəymişdir. Bundan əlavə, cavabdeh çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanlarından məhrum etdiyinə görə hər günə 150- 200 manat hesabı ilə əmlakın ona təhvil verilən tarixə kimi hesablanmaqla əlavə maddi ziyan vurub. Cavabdeh ona məxsus yuxarıda sadaladığı əmlakları özünə qaytarmalı və vurduğu maddi və mənəvi ziyanı tam ödəməlidir. Qeyd olunanlara əsasən, cavabdehdən ona məxsus əmlaklarının alınıb ona qaytarılması, cavabdehdən ona vurduğu 6630 manat miqdarında maddi ziyanın və 6000 manat mənəvi ziyanın alınıb ona verilməsi və çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanından məhrum etdiyinə görə xx.xx.2019-cu il tarixdən əmlakın ona təhvil verilən tarixədək olan müddət ərzində hər günə ona vurduğu 150-200 manat miqdarında ziyan hesablanmaqla, maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla İddiaçı arasında xx xxxx 2019cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m olan fərdi yaşayış evinin 30 kv.metr hissəsini İddiaçı icarəyə vermişdir. Bunun müqabilində isə İddiaçı aylıq 600 manat icarə haqqı ödəməli idi. Lakin o müqavilənin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən bugünədək icarə haqqı ödəməmişdir. Məhkəməyə də ödənişlər etməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı icarə müqaviləsinin qüvvədə olduğu 1 illik müddət ərzində ödənişlər etmədiyinə görə borcu (12 ay x 600) 7.200 (yeddi min iki yüz) manat olmuşdur. Onunla İddiaçı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli icarə müqaviləsinin 9.10-cu bəndinə əsasən icarəyə verilmiş əmlakda hər hansı bir tikili və s. formada dəyişikliklər edilmişdirsə, həmin tikililər İddiaçı öz vəsaiti hesabına sökülməsini və icarəyə verilməmişdən əvvəlki vəziyyətdə icarəyə verənə qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin o, yenə də müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, icarəyə verilən əmlak əvvəlcə ofis olmuşdur. Orada İddiaçı tərəfindən dəyişikliklər aparılmış, təndir, qril aparatı və s.qoyulmuşdur. Məhz müqavilənin vaxtı bitdiyi zaman isə icarəyə verilmiş əmlakı icarədən əvvəlki vəziyyətinə qaytarmamışdır. Beləliklə, müqavilə tələbləri üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Hal-hazırda İddiaçı tərəfindən icarəyə verilmiş əmlak üzərində dəyişikliklər edilməsinə və onun əvvəlki vəziyyətinə qaytarılmamasına görə ona vurulmuş maddi ziyan 3.148manat məbləğindədir. Bundan başqa, İddiaçı icarə müddəti ərzində kommunal ödənişləri də həyata keçirməmişdir. Sözügedən müqavilənin 9.9-cu maddəsinə əsasən kommunal ödənişlər icarəçi tərəfindən ödənilməlidir. Lakin cavabdehin əvəzinə kommunal xərcləri mən ödəmişdir. İşıq enerjisindən istifadəyə görə borc 192 (33+18+12+19+20+10+10+10+10+20+20+10) manat məbləğində; qazdan istifadəyə görə borc 1465 (278+113+109+65+47+10+5+5+60+183+187+232+171) manat məbləğindədir. Bundan başqa, kanalizasiya xəttinə axıdılan suya görə də ona 432 manat ziyan dəymişdir. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin rədd edilməsi, cavabdeh İddiaçı tərəfindən icarə haqqının ödənilmədiyi üçün vurulmuş ziyana görə 7200 manat məbləğində; icarə obyektini əvvəlki vəziyyətinə qaytarmamasına görə vurulmuş maddi ziyanın əvəzi olaraq 3148 (üç min yüz qırx səkkiz) manat, kommunal ödənişlər etməməsinə görə vurulmuş maddi ziyanın əvəzi olaraq, işıq enerjisindən istifadəyə 192 manat qazdan istifadəyə görə 1465 manat, ümumilikdə kommunal ödənişlərə görə 1657 manat, kanalizasiya xəttinə axıdılan suya görə 432 manat məbləğdə pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi X10 ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tamamilə uydurma və saxtadır. M.Əmrəliyev aylıq icarə haqqının heç bir gün də ləngiməsinə imkan verməmişdir. Hətta 1-2 gün gecikmə olduqda qazı və suyu kəsmişdir. Bundan başqa əgər aylıq icarə haqqı ödənilməmişdirsə, nəyə görə müqavilənin şərtlərinə uyğun olaraq müqaviləni ləğv etməyib. Beləliklə, məntiqi nəticə belədir ki, Əmrəliyev aylıq icarə haqqını ayda 600 manat olmaqla hər ay alıb. Obyektin əvvəlki vəziyyətinə qaytarılmasına görə vurulmuş maddi ziyan kimi tələb edilən 3148 manatı maddi ziyan kimi qəbul etmək olmaz. Çünki həmin hərəkətlər tərəflərin qarşılıqlı razılığına əsasən icarəyə verilmiş otaqda çörək bişirmək üçün zəruri şəraitin yaradılması ilə əlaqədar edilən dəyişikliklər olunmuşdur. Obyekti əvvəlki vəziyyətinə bərpa etmək Ayazın üzərinə düşən iş olmalı idi. Nəyə görə icarəyə verən müqavilənin müddəti bitdikdən sonra müqavilənin bitməsinin səhəri günü obyekti Fuad adlı şəxsə icarəyə vermiş və İddiaçı məxsus avadanlıqları özbaşınalıq edib yeni icarəçiyə satmış və beləliklə onlara 6630 manat maddi, 600 manat mənəvi ziyan vurmuş, avadanlıqlardan qril hazırlamaq üçün qurğunu söküb istifadə üçün yararsız hala salıb hissələri həyətinə yığmış, hər iş günü müddətində 150-200 manat gəlir əldə etmək imkanından məhrum etmişdir. Eyni zamanda, həmin ziyanla bağlı hesablama buna ixtiyarı olmayan şəxs tərəfindən şişirdilmiş qiymətlərlə hesablanmışdır. Yazılmışdır ki, təmirə 27 ədəd şifer tələb olunur, lakin onlar dama çıxıb saymış, 7 şifer çatladığı məlum olmuşdur. Eyni zamanda, 120 manat nəqliyyat xərci də şişirdilmişdir. Nəhayət bərpa işini İddiaçı həyata keçirməli idi. Bərpa işi aparılması müqavilədə nəzərdə tutulmağına baxmayaraq, vaxtında buna imkan verilməmiş və bu günə qədər də davam edir. İşıq və qaz enerjisinə gəldikdə isə, icarə müddətində obyektdə cəmi 402 manatlıq enerji sərfiyyatı olunmuşdur. Həmin pulu M.Əmrəliyev ödəmişdir. Ayaz da öz növbəsində işıq pulunun ödənilməsi üçün ona istədiyi müvafiq məbləğdə nəğd pul vermişdir. Nəzərə alınmalıdır ki, işıq sayğacı birdir. Orada enerjidən M.Əmrəliyev sutka ərzində tokar dəzgahlarını işlətmiş, su quyusunun motorunu işə salmış, çay qaynatmış, otaqları işıqlandırmış və s. Ayaz isə obyekti işıqlandırmış, orada çörək bişirməklə məşğul olan qadın gün ərzində 1 və ya 2 dəfə çay qaynatmışdır. Belə olan halda necə ola bilər ki, Ayazın işıqdan bir iş günü ərzində istifadə etməsi 192 manat, Mübarizin isə işıqdan istifadə etməsi sutka ərzində 210 manat olsun. Bu heç bir məntiqə uyğun deyil. Ayaz işlətdiyi elektrik enerjisinin pulunu ödəmişdir. Bu ziyanlıq kimi qiymətlədirilə bilməz. Cavabdeh qazdan istifadə ilə bağlı müqavilə bağlandığı tarixdə, yəni 2019-cu ilin iyul ayına 193 manat borcu olmuşdur. İcarə müddətində istifadə etdiyi qazın dəyəri 917 manat olmuşdur. Bu pulun 193 manatı Mübarizin borcudur, hansı ki, həmin borcu İddiaçı gündəlik ödəmiş, ödənilən puldan 193 manat borc silinmişdir. Qazdan istifadəyə görə vurulmuş 1465 manat borcun necə və haradan əmələ gəlməsi məlum deyil. X14 193 manat pul ödəməlidir. Kanalizasiya xəttinə axıdılan suya görə 432 manat ziyan vurulması ilə bağlı qeyd etmişdir ki, Cavabdeh evində su xətti və sayğacı yoxdur. Orada quyu suyundan istifadə edilib. Nəzərə alınsa ki, 1 ton suyun dövlət satış qiyməti 0.35 manatdır, belə olan halda 4xx xxxxxx 1234 ton su almaq olar, bu miqdarda suyu 12 aya böləndə hər aya 102 ton sərfiyyat düşür. Çörək bişirməklə isə bir nəfər qadın və onun bir nəfər köməkçisi məşğul olur. Necə ola bilər ki, 2 nəfər şəxs ayda hər iş günü həmin xidməti işləri ilə əlaqədar 102 ton su işlətsin. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X6 ilkin iddia tələbini qismən qəbul etmiş, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, müdafiə etdiyi şəxsə, yəni icarəverənə məxsus obyektdə İddiaçı məxsus sadəcə qril aparatı və iki böyük təndir vardır. İddiaçı həmin əşyalarını cavabdehə vurduğu ziyanı ödədikdən sonra götürə bilər. İlkin iddia tələbini qalan hissədə isə qəbul etmir. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarınıdinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərəkhesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli İcarə müqaviləsindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55.5 kv.m. olan fərdi yaşayış evinin 30 kv.m. hissəsini İddiaçı icarəyə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, icarəyə götürən aylıq 600 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 9.10-cu bəndinə əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəçi tərəfindən ünvan 2 ünvanında yerləşən 30 kv.m. üzərində inşa ediləcək hər hansı bir tikili və s. dəyişikliklər icarə müddəti bitdikdən sonra həmin inşa edilmiş tikililər icarəçi tərəfindən öz vəsaiti hesabına sökülərək və hazırki vəziyyətdə icarə verənə təhvil veriləcək. Həmin müqavilənin 10.9-cu maddəsinə əsasən, icarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəsində olan əmlakı icarəyəverənə qaytarmağa borcludur. Əgər icarəçi əmlakı qaytarmırsa, icarəyə verən əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini icarəçidən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55.5 kv.m. olan fərdi yaşayış evinin 30 kv.m. hissəsini xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəyə götürmüş, sonuncu tarixdə müqavilə müddəti bitmiş və yenilənməmişdir. Hazırda İddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, tərəfindən alınaraq icarəyə verilən obyektə yerləşdirilmiş əmlakının və ya əmlakının dəyəri olan 6630 manat pulun geri qaytarılması, çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanından məhrum edildiyinə görə müqavilənin bitdiyi tarixdən əşyaları ona verildiyi günə qədər hər gün üçün 150-200 manat pulun və mənəvi zərərin əvəzinin Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı ona məxsus müxtəlif adda əmlakın cavabdehə məxsus obyektdə olduğunu irəli sürsə də, iddia tələbi yalnız qril aparatı və iki böyük təndirə aid hissədə cavabdeh tərəfindən etiraf edilmiş, iddiaçı qalan əşyaların həqiqətən də onun tərəfindən alınaraq sözügedən ünvanda yerləşdirilməsi və hazırda orada mövcud olması barədə öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, əmlakın qaytarılması tələbi qril aparatı və iki böyük təndirə aid hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Eyni zamanda, iddiaçı çörək bişirmək üçün avadanlıqlardan məhrum olduğu dövrdə əldə edə biləcəyi qazancın əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş, lakin qeyd olunan avadanlığın mövcudluğu və iddiaçıya məxsus olduğu sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, qril aparatı və iki böyük təndir Cavabdeh alınaraq İddiaçı təhvil verilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda, Məlikli X7 Ayaz Xalis oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aylıq 600 manat olmaqla bir il ərzində ödənilməmiş 7200 manat pulun, icarə müqaviləsinə xitam verildikdən sonra əmlakın əvvəlki vəziyyətinə qaytarılması üçün sərf edilmiş 3148 manat pulun, həmçinin icarə müqaviləsinin qüvvədə olduğu müddətdə kommunal xərclərlə bağlı: qaz sərfiyyatına görə 1465 manat, işıq sərfiyyatına görə 192 manat, kanalizasiya xəttinə axıdılan suya görə 432 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə icarə haqqının tutulması tələbinə dair qeyd edir ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli İcarə müqaviləsinin 10.1-ci maddəsinə əsasən, icarə haqqı növbəti ay üçün ödənilmədikdə bu, icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. İşin məhkəmə iclasında araşdırılan hallarını, tərəflər arasında icarə müqaviləsinin qüvvədə olduğu dövr ərzində icarə haqqına dair hər hansı mübahisənin olmamasını, bir il ərzində müqavilənin ləğv olunmamasını, hazırda Cavabdeh ona qarşı verilmiş iddiaya baxıldığı dövrdə qarşılıqlı iddia ilə müraciət edərək icarə haqqını tələb etməsini və digər halları nəzərə alaraq məhkəmə, cavabdeh İddiaçı hər ay icarə haqqının ödənilməsinə dair etirazının əsaslı olduğu qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, bir il ərzində ödənilməmiş 7200 manat pulun cavabdehdən tutulmasına dair hissədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Həmçinin, Cavabdeh qarşılıqlı iddia üzrə icarə müqaviləsinə xitam verildikdən sonra əmlakın əvvəlki vəziyyətinə qaytarılması üçün sərf edilmiş 3148 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli İcarə müqaviləsinin 9.10-cu bəndinə əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icarəçi tərəfindən ünvan 2 ünvanında yerləşən 30 kv.m. üzərində inşa ediləcək hər hansı bir tikili və s. dəyişikliklər icarə müddəti bitdikdən sonra həmin inşa edilmiş tikililər icarəçi tərəfindən öz vəsaiti hesabına sökülərək və hazırki vəziyyətdə icarə verənə təhvil veriləcək. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, icarə müqaviləsinin müddəti bitdiyi vaxt icarəyəverən müqaviləni yeniləməkdən imtina edərək, qısa müddət ərzində həmin obyekti başqa şəxsə icarəyə vermiş, hazırki iş üzrə cavabdeh olan icarəçidən əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etməmiş, hazırda iddia ilə müraciət edərək öz təşəbbüsü ilə edilmiş təmir xərclərinin icarəçidən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan hallara qiymət verərək qeyd edir ki, icarəyə verənin əmlakı əvvəlki vəziyyətinə qaytarmağı icarəçidən tələb etmək hüququ olsa da, öz təşəbbüsü ilə edilmiş təmir xərclərinin tutulmasını tələb edə bilməz, eyni zamanda Cavabdeh əmlakın vəziyyətində hansı dəyişikliklərin baş verməsi, həmin dəyişikliyin məhz icarə müqaviləsinin qüvvədə olduğu dövrdə yaranması, tələb olunan məbləğin hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri məhkəmə iclasında izah edə bilməmişdir. Odur ki, məhkəmə, iddia tələbinin həmin hissədə əsassız olduğu qənaətinə gəlir. Eyni zamanda, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi məhkəməyə kommunal (qaz, işıq və kanalizasiya) xərclərlə bağlı saldolar təqdim edərək, icarə müqaviləsinin qüvvədə olduğu dövrdə cavabdehin əvəzinə ödədiyi pul vəsaitinin qaytarılmasını xahiş etmiş, lakin Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, icarə müqaviləsi dövründə mübahisəli ünvana dair yazılmış kommunal borclar ödənilmiş, lakin həmin borclar ümumi hesaba ödənildiyindən, ödənişin kim tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını nəzərə alaraq, Talıblı Ayaz Xalis oğlunun kommunal xərclərin müştərək qaydada ödənilməsinə dair etirazını əsaslı hesab edərək hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinin tələbinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh qril aparatı və iki böyük təndir alınaraq İddiaçı təhvil verilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, eyni zamanda, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnaməiş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.1. maddəsindən görünür ki, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh qril aparatı və iki böyük təndir alınaraq İddiaçı təhvil verilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar