Məhkəmə qərarları › İş №2(003)-2532/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2532/2023

20.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2532/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nikahın pozulması və aliment tələbinə dair Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator X1 özlərinə mediator seçərək, xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən hər ikisi nikahı davam etdirməmək və 5 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 08 noyabr 2017-ci il tarixində 3713 saylı nikah qeydinin pozulmasına razılaşmışlar. Birgə nikahdan anadan olmuş azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2021 -ci il təvəllüdlü X10 anasının yanında qalmasına və hər ay uşağının saxlanılması üçün 200 manat aliment ödəməyə razılaşmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə də sazişin təsdiqlənməsi zərurəti vardır. 10 gün könüllü vaxtı keçmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək barışıq sazişnin təsdiq olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki uşaqlar üçün alimentin ödənilməsi barədə Maraqlı şəxsla razılığa gələrək barışıq sazişi bağlasalarda Cavid Szişin şərtlərinə tam əməl etmir. Belə ki, onlar alimentlə bağlı xx.xx.2022-ci il tarixdə razılaşsalarda cavabdeh cəmisi 2 ay, 600,0 manat aliment ödəmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs hal-hazırda imkanının olmamasını, borcunu ödəyəcəyini qeyd edərək bildir ki, o, ümumilikdə 600,0 manataliment ödəmişdir. Hazırda 500 manat əmək haqqı alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3713 nömrəli qeydiyyat aparılmış, ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər Rayonu üzrə bölməsinin 95/14 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Həsənova X2 rayonundan məcburi köçkün düşmüş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Atıcı” düşərgəsində ailə tərkibi 2018-ci il təvəllüdlü X9 və 2021-ci il təvəllüdlü X11 olmaqla müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Maraqlı şəxs və (ikinci) Ərizəçi razılaşırlar ki, tərəflər aralarında bağlanmış 08 noyabr 2017- ci il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində 3713 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılıq verirlər, onların birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X6 Ərizəçi yanında qalmasına razılıq verir, Ərizəçi Maraqlı şəxs uşaqlarla ünsiyyətinə həmin uşaqların təhsil və sağlamlığına ziyan vurmamaq və gecələr atanın yanında qalmamaq şərtilə məhdudiyyət qoymadan təşkil olunmasına razıdır və Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ayın 1-dən 10-a qədər hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150,0 manat olmaqla, cəmi 300,0 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar