Məhkəmə qərarları › İş №2(003)-2626/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2626/2022

30.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2626/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icra məmurunun xx.xx.2021-ci tarixli aktı əsasında borc əvəzinə iddiaçıya verilmiş ünvan 1 ünvanında yerləşən sahəsi 175,2 kv.m və 141,5 kv.m olan yaşayış sahələrindən, habelə 535 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahələrin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə ona məxsus “Mercedes Benz” markalı avtomobili nəvəsinin kirvəsi, mərhum X9 30.000 (otuz min) manata satmış, lakin həmin avtomobilin əvəzinə natura qaydasında istifadəsində olan ünvan 1 ünvanında yerləşən həyətinin bir hissəsini, 0,25 ha torpaq sahəsini və 1 ədəd yarımçıq tikilini vermişdir. X1 müəyyən problemləri olduğuna görə xx.xx.2017-ci il tarixdə 30.000 (otuz min) manat, xx.xx.2018-ci il tarixdə 50.000 (əlli min) manat hissə-hissə borc pul almış, xx.xx.2018-ci il tarixədək borcu qaytaracağına söz vermişdir. Bundan sonra X5 avtomobilin əvəzinə aldığı 0,25 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə rəsmiləşdirmiş, Z.Hacıyev həmin ərizədə ünvan 1 ünvanında yerləşən həyətinin bir hissəsi, 0,25 ha torpaq sahəsini istifadəsinə verdiyini və gələcəkdə heç bir iddiasının olmayacağını bildirmişdir. Həmçinin, borc olaraq aldığı 80.000 (səksən min) manatı qaytara bilmədiyinə görə tərəfindən borc tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmə iclasında X13 iddia tələbini qəbul etmiş və maddi çətinliyi olduğu üçün borcu qaytarmaq imkanı olmadığını bildirmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2480/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək X5 80.000 (səksən min) manat pul vəsaitinin xeyrinə tutulması qət edilmişdir (hakim Ramilə Xəzri). Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi əsasında Xəzər rayon icra şöbəsində müvafiq qaydada icraata başlanılmış (icra məmuru Elmir Məmmədov), borcluya verilmiş könüllü icra müddətində o, borc əvəzinə ünvan 1 ünvanında istifadəsində olan 535 kv.m torpaq sahəsində inşa edilmiş 2 ədəd bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m tikili, digəri isə 141,5 kv.m yarımtikilini iddiaçıya təhvil vermişdir. Bu barədə icra məmurlarının, hal şahidlərinin və borclu X8 iştirakı ilə xx.xx.2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, sonuncu həmin evlə bağlı heç bir iddiasının olmayacağını bildirmiş və iddiası da olmamışdır. Qeyd edir ki, təhvil-təslimdən sonra fərdi yaşayış evlərinin, həyətə giriş qapısının açarlarını da iddiaçıya təhvil vermişdir. Zakir Hacıyev həyat yoldaşı ilə yaşayırdı. Hətta ev təhvil verilən zaman X13 arvadı Cavabdeh evlərin və torpaq sahəsinin borc əvəzinə ona (iddiaçıya) verilməsinə etirazının olmaması barədə ərizəni də təqdim etmişdir. X13 iddiaçının nəvəsinin kirvəsi olduğuna və başqa yerdə özünə ev inşa etdirdiyinə görə müvəqqəti olaraq (təxminən bir il) həmin evlərdən birində yaşamağı xahiş etmiş, iddiaçı isə dərin ailəvi münasibətlər olduğuna görə razılıq vermişdir. Buna baxmayaraq, iddiaçı da həmin yaşayış sahələrində məskunlaşmış, hər iki evə iddiaçıya məxsus məişət avadanlıqları, geyim və s. əşyalarını yerləşdirmiş, istənilən vaxt həmin evlərə daxil olmuşdur. Hazırda da hər iki evdə ona məxsus məişət avadanlıqları, geyim və s. əşyalar vardır. O, həmin yaşayış sahələrinə məskunlaşdıqdan sonra yarımçıq tikilini tamamlamış və tam yaşayış sahəsi vəziyyətinə gətirmişdir. xx.xx.2022-ci il tarixdə X13 qəflətən öldükdən sonra onun arvadı Cavabdeh borc əvəzinə iddiaçıya verilmiş fərdi yaşayış evlərinə və torpaq sahəsinə daxil olmağına mane olmuş, giriş qapılarının açarlarını dəyişmiş və hazırda da iddiaçını həmin yaşayış sahələrinə buraxmır, bununla da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Mübahisəli yaşayış sahəsinin qazlaşdırılması, həmin ünvanda qaz sayğacının quraşdırılması üçün xx.xx.2019-cu il tarixdə onunla "xxxx" QSC arasında müqavilə bağlanmış və tərəfindən 262 manat xidmət haqqı ödənilmişdir. Həmçinin, bildirir ki, o, hazırda ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İlyas oğlu məhkəmənin əvvəlki iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra o, mülahizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı X10 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) icra məmurunun xx.xx.2021-ci tarixli aktı əsasında borc əvəzinə verilmiş ünvan 1 ünvanında yerləşən sahəsi 175,2 kv.m və 141,5 kv.m olan yaşayış sahələrindən, habelə 535 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahələrin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi yetərincə əsaslandırılsa da, iş üzrə keçirilən məhkəmə proseslərində cavabdehin nümayəndəsinin mübahisəli ünvanın dövlət reyestrində qeydiyyatdan keçməməsi ilə bağlı fikirlərinin məhkəmədə çaşqınlıq və anlaşılmaz yaratmaması üçün hüquqi mülahizəyə zərurət vardır. MPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Mübahisə ilə bağlı X17 presedent hüququna əsasən mövqeyi nəzərə çatdırmaq istərdi. Belə ki, X17 presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak’’a “mövcud əmlak" və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı "qanuni gözləntisi" olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1 -ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam li Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). X21 Konvensiyasının 8ci maddəsinin 1 -ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X21 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1- ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, §36. Buckleyv. the United Kingdom, qərar xx.xx.1996 a., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 u Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya A №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76. Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40). Digər tərəfdən həmin evdə yaşayan şəxslə müqayisədə fərqli yanaşma iddiaçılara münasibətdə ayrı-seçkilik və X21 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçılara münasibətdə fərqli rəftarın X21 Konvensiyasının (AİHK) 14-cü maddəsinin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. X21 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; Munyos Di as İspaniyaya qarşı (Muhoz Di az v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Bununla yanaşı qeyd edilməlidir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2480/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək X5 80.000 (səksən min) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Ramilə Xəzri). Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi əsasında Xəzər rayon icra şöbəsində müvafiq qaydada icraata başlanılmış (icra məmuru Elmir Məmmədov), borcluya verilmiş könüllü icra müddətində o, borc əvəzinə ünvan 1 ünvanında istifadəsində olan 535 kv.m torpaq sahəsində inşa edilmiş 2 ədəd bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m tikili, digəri isə 141,5 kv.m yarımtikilini iddiaçıya təhvil vermişdir. Bundan sonra icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmiş və həmin qərar məlumat üçün məhkəməyə - Sizə göndərilmişdir. “İcra haqqında" Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Yəni, icra məmurunun icraata xitam verilməsi barədə qərarı 2021-ci ilin mart ayında Sizə təqdim olunmuşdur. Əgər həmin qərar qanunun tələbləri pozulmaqla qəbul edilmişdirsə, Siz zamanında həmin qərarı ləğv etməli və icra tədbirlərinin davam etdirilməsi barədə yerli icra qurumuna göstəriş verməli idiniz. Ötən dövrdə sözügedən qərarın tərəfinizdən ləğv edilməməsi də onu deməyə əsas verir ki, zamanında borcun özbaşına tikili ilə əvəzləşdirilməsi ilə razılaşmış, başqa sözlə, mübahisəli yaşayış sahəsini əmlak kimi qəbul etmisiniz. Hazırkı iddia üzrə iddianın yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatda olmaması əsası ilə rədd edilməsi zamanında mübahisəli yaşayış sahəsini əmlak kimi qəbul etmək fikrinizlə ziddiyyət təşkil edəcəkdir. Cavabdeh məhkəmənin əvvəlki iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, o, iddianı qəbul etmir. Ərizədəki imza ona məxsus ola bilər, lakin o ərizələr saxtalaşdırılıb, orada yazılanlardan onu xəbəri yoxdur. İddiaçı onların evinə gəlib gedirdi. Keçmiş həyat yoldaşı Zakiri dilə tutub faizə pul verirdi və 1 manat əvəzinə 100 manat pul istəyirdi. İndi də onu evdən çıxarmaq istəyir. Hazırda iddiaçının onu evdən çıxarmasını tələb etməsinin heç bir qanuni əsası yoxdur. O ev qanunsuz tikilidir. O evdə Vahidə heç vaxt yaşamayıb. Orada yalnız o, yəni Xatirə və əri Zakir qalırdı. Vahidə saxta yollarla ora özünü qeydiyyata salmışdır. Vahidə ancaq saxta sənədləri məhkəməyə təqdim edir. Onun məhkəməyə təqdim etdiyi kağızların nəyi sübut etdiyi aydın olmur. Hazırda onu, yəni Xatirəni evdən çıxarıb küçəyə salmaq qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin əvvəlki iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, İddiaçı cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur. İddiaçı cavabdehin gəlin köçdüyü evə gəlib və yaşamağa başlamışdır. Xatirə ərizələri oxumadan imza edib, buna səbəb isə mərhum əri Zakirin ona həmin ərizələri imza etdirməsi olub. Həmin ərizələr cavabdehin razılığı kimi qəbul edilə bilməz. Həmçinin Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi var ki, İddiaçı mübahisəli mənzilə köçürülə bilməz. İddia tələbini qəbul etmir və bildirir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar əsassız olmaqla heç bir dəlilə söykənmir. Belə ki, mübahisəli yaşayış və torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin yaşayış və torpaq sahəsi cavabdehin mərhum əri X8 atasına məxsus olmuş və X13 arvadı - hazırkı iş üzrə Cavabdeh ilə birlikdə həmin yaşayış sahəsində yaşamış, torpaq sahəsi də onların istifadəsində olmuşdur. X13 öldükdən sonra mübahisəli yaşayış və torpaq sahəsi cavabdehin və mərhumun qardaşı X14 və onun ailə üzvlərinin sahibliyində və istifadəsindədir. İddiaçı ilə cavabdehin və onun mərhum ərinin heç bir qohumluq əlaqəsi yoxdur, iddiaçı heç vaxt mübahisəli yaşayış sahəsində yaşamamış, oraya gəlib-getməmişdir. Həmin yaşayış və torpaq sahəsində iddiaçıya məxsus hər hansı əmlak da yoxdur. Belə ki, iddiaçı 2019cu ildə cavabdehin mərhum əri X9 qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, «cavabdeh X13 ondan xx.xx.2017-ci il tarixdə 30.000 manat, xx.xx.2018-ci il tarixdə 50.000 manat borc pul almışdır. Aldığı həmin pul məbləğini xx.xx.2018-ci il tarixə qədər ödəyəcəyinə söz vermişdir və bu barədə öhdəlik götürmüşdür. Öz aralarında yazılı şəkildə razılaşmaları olmuş və cavabdeh ona qəbzlər vermişdir. Qəbzdə göstərildiyi kimi X13 xx.xx.2018-ci il tarixdə 50.000 manat pulu ondan alarkən Şüvəlan qəsəbəsi A.İldırım küçəsi dalan 4, 15A ünvanındakı evini onun istifadəsinə vermişdir. Cavabdeh bildirmişdir ki, razılaşdıqları vaxta qədər pulu qaytara bilməyəcəyi təqdirdə ev daimi onun istifadəsinə keçəcəkdir. xx.xx.2018-ci il tarixdən bu günə qədər həmin ev onun istifadəsindədir, Hacıyev Zakir həmin evi könüllü olaraq onun istifadəsinə vermişdir. Qeyd olunanlara əsasən ünvan 3 ünvanındakı evə onun daimi istifadə hüququnun tanınmasına dair qanuni, əsaslı və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir». Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2560/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün əsaslar müəyyən edilmədiyindən, evə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14233/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2560/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X13 ondan aldığı 80.000 manat məbəğində borcu qaytara bilmədiyi üçün borcun tutulması tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 2(003)-2480/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi əsasında X13 borc əvəzinə ünvan 4 ünvanında istifadəsində olan 535 kv.m torpaq sahəsində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m olan tikili, digəri 141,5 kv.m olan yarımtikilini ona təhvil vermişdir. Bu barədə akt tərtib edilmiş və həmin əmlaklar ona təhvil verilmişdir. Bundan sonra o, həmin yaşayış sahəsində məskunlaşmış və əşyalarını, avadanlıqlarını orada yerləşdirmişdir. Hazırda cavabdeh giriş qapılarının açarlarını dəyişmiş və onu həmin yaşayış sahələrinə buraxmır, mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçının bu dəlilləri də tamamilə əsassızdır və işdə olan sübutlarla təkzib olunur. Belə ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikilidir və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2560/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsaslar müəyyən edilməmişdir. İddiaçının mübahisəli əmlakların ona təhvil verilməsinə dair istinad etdiyi aktın heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, iddiaçının mübahisəli əmlaklardan istifadə hüququnun olmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Belə ki, mərhum X8 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən borcu olsa da, həmin borcun ödənilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Mübahisəli əmlakın mərhum X9 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin əmlaklar özbaşına tikili olmaqla yanaşı, mərhumun atası Əzizağa Hacıyev tərəfindən inşa edilmiş və ona məxsus olmuşdur. Bu səbəbdən iddiaçının X13 tərəfindən borcun əvəzinə mübahisəli əmlakların ona təhvil verilməsinə istinad etməsi tamamilə əsassızdır. Qeyd etdiyi kimi, iddiaçı mübahisəli yaşayış və torpaq sahəsində heç vaxt yaşamamış, torpaq sahəsində onun tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. Torpaq sahəsindəki evi cavabdehin mərhum əri X8 atası inşa etdirmişdir. Hazırda cavabdehin iddiaçıya heç bir aidiyyəti olmayan yaşayış və torpaq sahəsindən çıxarılması və həmin sahələrin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbi tamamilə absurddur. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********78 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi döngə 4 ev 15 və 15A nömrəli fərdi yaşayış evlərinin qeydiyyatdan keçməsinə dair məlumat və torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) və texniki pasport aşkar edilməmişdir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 276 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanı barədə ev təsərrüfatı kitabına əsasən nümayəndəlikdə heç bir məlumat yoxdur. Həmçinin, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən iddiaçı cavabdehin ailə üzvü hesab edilmir. Belə olan halda, heç bir hüquqmüəyyənedici sənədi olmayan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən, cavabdehin ailə üzvü hesab edilməyən iddiaçının ünvan 4 ünvanında yerləşən 175,2 kv.m və 141,5 kvm olan yaşayış sahələrinə, habelə 535 kv.m torpaq sahəsinə qarşı irəli sürdüyü iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 6tyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X5 İddiaçı xeyrinə 80000 (səksən min) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 6tyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2560/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X9 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, döngə 4, ev 15 və 15 A nömrəli fərdi yaşayış evlərinin qeydiyyatdan keçməsinə dair məlumat və torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) və texniki pasport aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 306 saylı məktubunda deyilir: “Sizin 21 noyabr 2022-ci il 0245357/RR saylı sorğunuza cavab olaraq bildirirəm ki, 2018-ci ilin avqust ayında ünvan 7 ünvanda 1968-ci ildən qeydiyyatda olan, lakin özünün və ailə üzvlərinin dediyinə görə 2007-ci ildə tikmiş olduğu, faktiki olaraq sahiblik etdiyi A.İldırım küçəsi,dongə 4. ev 15 A ünvanında yaşayan X2 Vahidə Seyfəddin qızı ilə Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyə gələrək bildirdi ki,ona məxsus faktiki yaşayış sahərsi olan evini və həyətyanı torpaq sahəsini pul müqabilində Vahidə xanıma vermişdir. Hətta onların arasında bağlanaraq imzalanmış təhvil və təslim aktının surətini,eləcə də onun istifadə hüququnun tanınması üçün Xəzər rayon məhkəməsinə təqdim etmək üçün yazmış olduğu razılıq ərizəsinin, eləcə də “Mülkiyyətçi Layihə“ MMC tərəfindən işlənmiş istifadəsində olan torpaq sahəsində inşa edilmiş 2 ədəd 1 mərtəbəli fərdi yaşayış evlərinin layihəsini də nümayəndəliyə təqdim etmişdir. Bildirmişdir ki, A.İldırım küçəsi, küç.döngə 4, ev 15 A ünvanının sahibi Vahidə xanımdır, həmin ünvanda qeydiyyatsız yaşaması ilə bağlı hər hansı arayış lazım olarsa verilməsini xahiş etmişdir. İddiaçı 2018-ci ilin avqust ayından bu günə qədər A.İldırım küçəsi, döngə 4, mən. 15 A ünvanda faktiki olaraq yaşayır. Bu xx.xx.2022-ci il tarixli, iş e-MTT (003)-129/2022 saylı Xəzər rayon məhkəməsinin Qərardadının icrası zamanı bağlanmış aktdan da məlumdur. Məlumat üçün bildirirəm ki, A.İldırım küçəsi, döngə 4, ev 15 ünvanı faktiki X4 məxsus olmuş, (Dövlət reyestrindən qeydiyyatdan keçməmişdir ) hazırda faktiki olaraq mərhumun böyük oğlu X14 ailəsi ilə həmin ünvanda yaşayır. Ev kitabçası vətəndaşların özlərində saxlandığı üçün nümayəndəliyin arxivində yoxdur. Ev təsərrüfat kitabında A.İldırım küçəsi döngə 4 ev 15A barəsində məlumat olmadığını onunla əsaslandıra bilərəm ki, həmin ünvanda qeydiyyatda vətəndaş olmayanda o ünvan təsərrüfat kitabına düşmür. Arayışların qeydiyyat dəftərindən məlum olur ki, 15 A ünvanına məndən əvvəl də (mən 2011-ci ildən işləyirəm) rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvana kommunal xətlərin çəkilişi üçün arayışlar verilmişdir. İş materiallarında olan Xəzər RİHB-nın Şüvəlan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3590 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, X13 aşağıdakıları bildirmişdir: “Mən X3 qəsəbəsi, Almas İldırım küçəsi, döngə 4, ev 15 A ünvanında yerləşən həyətimin bir hissəsini (2,5 sot) tikinti qarışıq İddiaçı istifadəsinə verdim və gələcəkdə heç bir iddiam yoxdur.” İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış yazılma tarixi bəlli olmayan ərizədə (ərizə kserosurətdir, təsdiqlənməyib) deyilir: “Mən, Cavabdeh 2014-cü il tarixdən xx.xx.2022-ci il tarixə qədər X13 ilə rəsmi nikahda olmuşuq və ünvan 8 ünvanında yaşamışıq. Ailə qurduğum gündən Zakirlə ailəvi dostluq münasibətində olan İddiaçı və onun övladlarını tanımışam. Gediş-gəlişlərimiz olub. 2017-ci ildə isə mərhum ərim Zakir Vahidə xanımın nəvəsinin kirvəsi olmuşdur. Bilirdim ki, ərimin maddi problemləri var idi. Borclu olduğu adamlar onu incidirdi. O da Vahidə xanımdan çox miqdarda pul götürüb borclarının bir hissəsini bağlamışdı. Biz Şüvəlan qəsəbəsi, A. İldırım küç, döngə 4, ev 15A ünvanındakı evi uzun müddət idi ki, satışa qoymuşduq. 2018-ci ildə Zakir həyətin bir hissəsini Vahidə xanıma satdı, o da öz vəsaitinə orada ev tikdi, 2018-ci ilin noyabr ayının axırları Zakir həbs olundu, 2019-cu ilin yay ayında həbsdən çıxdıqdan sonra həyətin qalan hissəsini və oturduğumuz evi də Vahidə xanıma pul müqabilində verdiyini bilirdim. Zakir deyirdi ki, yaxın vaxtlarda ev alıb evi boşaldacağıq. Zakir isə qəflətən vəfat etdi. Onu da bildirirəm ki, hər 2 evin və həyət qapısının açarlarını 5 ildən çox idi ki, Vahidə xanıma vermişdik. O istədiyi vaxt həyətə və evlərə sərbəst gəlib-gedirdi. Qapıları özü açıb, özü bağlayırdı. Bəzi vaxtlar evdə qalırdı. Vahidə xanımın özü tikdiyi və bizim istifadə etdiyimiz evdə də onun avadanlıqları və geyim paltarları var. Ərim Zakir, qardaşı Mayil ilə ölən günə qədər küsülü olmuş, gediş-gəlişləri olmamışdır, lakin Zakir dəfn olunan axşamı Mayil giriş qapısının baxmayaraq ki, mənim də razılığımla Zakir açarları ona vermişdir, dəyişmişdir. Onu biz evdə olmayanda həyətə və evlərə girməyə qoymur, yəni açarları dəyişdiyinə görə o, həyət və evlərdən biz olmayanda istifadə edə bilmir.” İmza: Cavabdeh İş materiallarında olan X13 tərəfindən imzalanmış aktda (akt kserosurətdir, təsdiqlənməyib) deyilir: “X6, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, döngə 4, ev 15 A ünvanındakı özümə məxsus 6 sot torpaqda tikilmiş evi İddiaçı istifadəsinə verdim.” İmza var, Hacıyev Zakir. Həmin aktda yazılıb: “Mən, İddiaçı X5 Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, döngə 4, ev 15 A ünvanındakı evi təhvil aldım.” İmza var, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini 0,25 ha torpaq sahəsinə dair notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizənin olması, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2480/2020 saylı qətnaməsinin icrası qaydasında ünvan 1 ünvanındakı 535 kv.m torpaq sahəsində inşa edilmiş 2 ədəd bir mərtəbəli fərdi yaşayış evinin, yəni biri 175,2 kv.m tikili, digəri isə 141,5 kv.m yarımtikilinin 80.000 manat borcun əvəzinə ona verilməsi, cavabdehin evlərin və torpaq sahəsinin borc əvəzinə ona verilməsinə etirazının olmaması barədə ərizə verməsi, icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsi, ünvan 2 ünvanında pasport qeydiyyatında olması ilə əsaslandırmışdır. İş üzrə sübutlarla, ünvan 1 ünvanındakı torpaq sahəsinin hər hansı hüquqla mərhum X9 məxsus olması, üzərindəki tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları təsdiq edilməmişdir. MPM-in 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)-2560/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlmədiyinə dair müəyyən edilənlər işin mübahisə edilə bilməz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar da əmlak hüquqları sayılır. MM-in 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. MM-in 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. MM-in 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 529.8-ci maddəsinə əsasən tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.2-ci maddəsinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan görünür ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsızdır. Qanunun tələblərindən göründüyü kimi daşınmaz əmlakla bağlı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ona məxsus olmasını iddia edərək, cavabdehin oradan çıxarılmasını tələb edir. Lakin, iş materiallarından göründüyü kimi iddiaçı həmin daşınmaz əmlaka dair özünün qanuni sahibliyini təsdiq edən sənədi iş materiallarına əlavə etməmişdir. Yəni, mübahisəli əmlakın iddiaçının mülkiyyətində olmasında dair heç bir sübut yoxdur. Odur ki, İddiaçı Cavabdeh mübahisəli evdən çıxarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Göründüyü kimi, iddiaçı mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi deyildir. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli mənzilin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Hazırki halda isə sözügedən daşınmaz əmlakın üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.Belə ki, subyektiv hüququn əmələ gəlməsi üçün qanunla müəyyən edilən 3 elementin hamısı birlikdə mövcud olmalıdır. Bu elementlərdən birinin mövcud olmaması həmin iddia tələbi ilə bağlı əlavə araşdılmanı mənasız edir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi mənzilə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddiaçının həmin daşınmaz əmlaka dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının dəlilləri üzrə belə hesab edir ki, ünvan 1 ünvanındakı torpaq sahəsinin, o cümlədən notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizədə qeyd edilən torpaq sahəsinin hər hansı hüquqla mərhum X9 məxsus olması təsdiq edilmədiyindən, eləcə də həmin əmlaklar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından, xx.xx.2018-ci il tarixli ərizə, eləcə də cavabdehin evlərin və torpaq sahəsinin borc əvəzinə ona verilməsinə etirazının olmaması barədə tarixi bəlli olmayan ərizəsi əqd olaraq etibarsız olmuş, eyni zamanda Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(003)-2480/2020 saylı icra sənədi üzrə icraata peşman haqqının verilməsi əsası ilə deyil, öhdəliyin kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamış tikinti və ərizəçiyə məxsus olması təsdiq edilməmiş torpaq sahəsi barəsində olan notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizə, eləcə də cavabdehin evlərin və torpaq sahəsinin borc əvəzinə iddiaçıya verilməsinə etirazının olmaması barədə tarixi bəlli olmayan ərizəsi etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə o cümlədən iddiaçıya hazırkı tələblə müraciət hüququnun yaranmasına səbəb olmadığından, eləcə də icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı icra sənədi üzrə icraata xitam haqqının verilməsi əsası ilə deyil, öhdəliyin kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi barədə olmaqla mövcudluğu iddianın təmin edilməsinə əsas yaratmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar