Məhkəmə qərarları › İş №2(003)-2634/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2634/2025

30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2634/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 5 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladı - xx.xx.2015-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Aralarında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı övladının onun yanında qalması və azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs onun xeyrinə 137 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mediasiya Şurası Bakı 5 saylı Mediasiya təşkilatında X2 mediatorluğu ilə 07 aprel 2022-ci il tarixdə keçirilən mediasiya prosesi nəticəsində birinci tərəf olaraq onunla və ikinci tərəf olan Maraqlı şəxs arasında Barışıq sazişi bağlanmışdır. Barışıq Sazişinin 2.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş uşağı 28 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 137 manat aliment məbləğinin 28 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 aprel 2022-ci il tarixdən başlayaraq 3 ay müddətində hər ay 150 manat, 07 avqust 2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatınədək hər ay 200 manat və hər il yaşayış minimumuna uyğun artırılmaqla Maraqlı şəxs mənə ödəyəcək. Lakin, barışıq sazişinin bağlandığı 07 aprel 2022ci il tarixdən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq maraqlı şəxs barışıq sazişinin 2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi könüllü qaydada icra etməmişdir və ona uşağın saxlanması üçün heç bir aliment ödənişi etməmişdir. Proses iştirakçılarının izahatı Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədi. İş materiallarına əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X6 Ərizəçi yanında qalması və azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs onun xeyrinə 137 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı 5 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli "Barışıq sazişinin" dən görünür ki, tərəflər razılığa gəlirlər ki, birgə nikahdan doğulmuş uşaqları 28 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 137 manat aliment məbləğinin 28 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 aprel 2022-ci il tarixdən başlayaraq 3 ay müddətində hər ay 150 manat, 07 avqust 2022ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək hər ay 200 manat və hər il yaşayış minimumuna uyğun artırılmaqla Maraqlı şəxs Ərizəçi ödəyəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, tərəflər aralarında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamış, lakin barışıq sazişi üzrə maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-cü il tarixdə haqlı olaraq xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 5 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar