Məhkəmə qərarları › İş №2(003)-2668/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2668/2024

24.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2668/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxs ilə münasibətləri pozulduğuna görə xx.xx.2023-cü il tarixdə nikahın pozulması uşağın onun yanında saxlanılması və onun saxlanılması üçün maraqlı şəxsdən hər ay 180 manat məbləğində pulun aliment şəklində ödənilməsinə dair “Barışıq Sazişi” bağlanmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin edilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdirki 8 aydırki alimenti ödəmir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı, 882314 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-ci ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. MŞB/2-03887 nömrəli xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişini Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə bağlanmışlar: Tərəflər razılaşır ki, nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilmədi, Ərizəçi Qusar rayon Qeydiyyat şöbəsinin 54 nömrəli akt qeydi tərtib edilmiş nikahın pozulması üçün qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X3 anası Ərizəçi yanında qalsın. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər aya görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə ödənilsin. Aliment bu Saziş imzalandığı gündən hesablansın. Aliment məbləği Ərizəçi müvafiq bank hesabına ödənilsin. AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçün düşərək 1 oğlu X3 ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Tərəqqi” pansionatında müvəqqəti məskunlaşmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. 33.1-ci və 33.3-cü maddələrinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci və 34.3-cü maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə əsasən nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilmədi, Ərizəçi Qusar rayon Qeydiyyat şöbəsinin 54 nömrəli akt qeydi tərtib edilmiş nikahın pozulması üçün qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X3 anası Ərizəçi yanında qalacaq. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər aya görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə bu Saziş imzalandığı gündən hesablanaraq Ərizəçi müvafiq bank hesabına ödəniləcək. Hazırda ərizəçi 27 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, sözügedən 27 aprel 2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyil və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/2-03887 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/2-03887nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: Tərəflər razılaşır ki, nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilmədi, Ərizəçi Qusar rayon Qeydiyyat şöbəsinin 54 nömrəli akt qeydi tərtib edilmiş nikahın pozulması üçün qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X3 anası Ərizəçi yanında qalsın. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər aya görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə ödənilsin. Aliment bu Saziş imzalandığı gündən hesablansın. Aliment məbləği Ərizəçi müvafiq bank hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar