Məhkəmə qərarları › İş №2(003)-2670/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2670/2023

02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2670/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxsnə qarşı) ölüm faktının müəyyən edilməsinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxsnə qarşı) məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonunda, xx.xx.1968-ci il tarixdə anadan olmuş X11, xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1942-ci il tarixdə, Ukrayna Respublikası, Luqansk şəhərində anadan olmuşdur. Daha sonra isə ailə quraraq Azərbaycan Respublikası, Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində üç övladı dünyaya gəlmişdir. Bunlar xx.xx.1968-ci il təvəllüdlü X18, xx.xx.1971-ci il təvəllüdlü X5 və xx.xx.1973-cü il təvəllüdlü X7r. Ərizəçi X13 xx.xx.2006-cı il tarixində X8 ilə ailə həyatı quraraq, soyadını Xalidova olaraq dəyişmişdir. X16 isə X14 ilə ailə qursa da, xx.xx.2013-cü il tarixində onların nikahları pozulmuşdur. Uşaqlar əvvəllər onun indiki yaşadığı evdə ünvan 1 ünvanında yerləşən evdə birlikdə yaşayırdılar. X16 uzun sürən ağır xəstəlikdən sonra, xx.xx.2020-ci il tarixində, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ziyarətgah yolu üzəri, "İlkin" marketin yanında ürək tutmasından dünyasını dəyişmişdir. Əvvəllər də ürək ağrılarından mütəmadi olaraq əziyyət çəkmiş, 3 dəfə infarkt keçirmişdir. Rəhmətə getdiyi ərəfələrdə Covid virusunun yayıldığı və sərtləşdirilmiş karantin vəziyyəti olduğu üçün və yaşının çox olması, səhhətində ağır problemlərin olması səbəbi ilə, vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişdirlər. Həmçinin, özü üçün şəxsiyyət vəsiqəsi də almamışdır. X16 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində olan qəbirstanlıqda dəfn olunmuşdur. Oğlunun dəfn olunduğu ərazini daş hasara almaq üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən yazılı icazə də almışdırlar. Həmçinin, X11 dəfn olunduğu qəbirin foto şəkilini də ərizəmə əlavə edirlər. X16 üçün ölüm haqqında şəhadətnamə ala bilmək üçün Bakı şəhəri, Xəzər rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişlər. Ancaq, xx.xx.2023-cü il tarixli cavab məktubunda, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməklər tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizələrini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Ərizəçi1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçı Ərizəçi1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X21 izahatında bildirdi ki, mərhum X6 atasıdır. Atasının xəstəliyi var idi, daima ürəyindəki xəstəlikdən şikayətlənirdi. Belə ki, atasının vəfat etdiyi tarixdə, təxminən gecə saat 12 radələrində ona zəng edib atasının ölməsi barədə məlumat vermişlər. Atası 13 noyabr 2020-ci il tarixdə vəfat etmiş və Xəzər rayonu, Qala qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında bildirdi ki, mərhum X6 qaynatası olmuşdur. Mərhumun ürəyində xəstəlik var idi və 13 noyabr 2020-ci il tarixdə vəfat etmiş, Xəzər rayonu, Qala qəbiristanlığında dəfn olunmuşdur. O, özü mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilən X15 izahatında bildirdi ki, mərhum X6 dostu olmuşdur, təxminən 1987-ci ildən onu tanıyır. Mərhumun vəfatına səbəb ürək tutması olmuşdur, artıq 3 ildir ki, ölüb. Mərhum Xəzər rayonu, Qala qəbiristanlığında dəfn olunmuş və o, özü yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçilərin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1973-cü il tarixdə anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında xx.xx.1973-cü il tarixdə, 505 sayda qeydiyyata alınmış, atası qrafasında X4, anası qrafasında Ərizəçi1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1994-cü il tarixdə anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə, № 60 sayda qeydiyyata alınmış, atası qrafasında X25, anası X14 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Xalidov Ağabəy X1 ilə xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” X9 rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 6047 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Xalidov, arvada Xalidova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1968-ci il tarixdə anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə, 312 sayda qeydiyyata alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X14 arasındakı nikah, 15 mart 2013-cü il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 57 sayda qeydiyyata alınmışdır. İş materiallarında olan Təcili və X10 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq” vərəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:08-də X19 marketin yanı ünvanında X20 “həkimədək kişi cinsli meyid” səbəbindən ölməsi müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi2 etibarnaməsinə əsasən X17 ünvanlanmış 3-16-5/7-M-15-415/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin qardaşı X12 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli,145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan Mənzil-kommunal və Təmir Xidmətinin xx.xx.2021-ci il tarixli, 01/05-16/Q saylı məktubundan görünür ki, Qala qəsəbəsində yerləşən qəbirstanlıqda 12 kv.m yerin daş hasarla tikilməsinə icazənin verilməsinə dair “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-komunal və Təmir Xidmətinə ünvanlanan 11 avqust 2021-ci il daxil olma tarixli, 17/X-1/Q nömrəli müraciətə baxılmış, müraciətlə əlaqədar mütəxəssislər tərəfindən araşdırmalar aparılmış və qəbirstanlıqda (3x4) m. Ölçüdə olan yerin hasarlanmasına etiraz etmirlər. İşə əlavə edilmiş 312 saylı doğum aktı qeydindən görünür ki, X18 xx.xx.1968-ci il tarixdə anadan olmuş, doğum haqqında akt qeydinin anası qrafasında anası olaraq Ərizəçi1 qeyd edilmişdir. İş materiallarına qəbir daşının fotoşəkilləri əlavə edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X18 ərizəçilər Ərizəçi1 oğlu və Ərizəçi2 qardaşı olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X18 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi2 qardaşı mərhum X11 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1968-ci il təvəllüdlü X11 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar