Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2688/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.*902-ci il təvəllüdlü babası X3 *2.*2.*942-ci tarixdə İİ Dünya müharibəsi zamanı ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası — X8 *903-cü il təvəllüdlü olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsi tərəfindən verilmiş rəsmi arayışa əsasən, o, *2 dekabr *942-ci il tarixində - X** zamanı hərbi xidmət keçərkən həlak olmuşdur. Müvafiq arayışda onun adı və həlak olma tarixi açıq şəkildə göstərilmişdi. Bundan əlavə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş arayışda da X3 adı keçmiş Bakı şəhər X*2 İcraiyyə Komitəsinin (XDS İK) torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan sənədlərdə qeyd olunmuşdur. Belə ki, Qobu, Keşiə, Güzdək, Zabrat və Masazır kəndlərinin ərazilərində vətəndaşlara məxsus həyətyanı torpaq sahələrinin və şəxsi istifadələrində olan digər torpaqların ölçülməsi və qeydiyyata alınması ilə bağlı 27 may *939-cu il tarixli aktlar kitabında Yaqub Əsgər oğluna aid məlumatlar yer almışdır. Həmin sənədlər SSRİ X2 “Kolxozçulara ictimai torpaqların dağıdılmaqdan mühafizə edilməsi tədbirləri” haqqında qərarına əsaslanır. Arxiv materiallarında, saxlanma vahidi 3*8, 74-cü səhifənin 457-*795-ci sıra saylarında Yaqub Əsgər oğluna məxsus torpaq sahəsinin ölçüləri ətraflı şəkildə göstərilmişdir: ümumi sahə 0,3* ha, o cümlədən yaşayış evi altındakı sahə 4* kv.m, evin yanında yerləşən hissə isə uzunluğu 76 metr, eni 43 metr olmaqla əlavə 0,32 ha təşkil edir. Həmin sahənin artıq 0,24 ha olması da qeyd olunmuşdur. Hazırda həmin torpaq sahəsi faktiki olaraq babamın adına rəsmiləşdirilmiş və Buzovna qəsəbəsində"yerləşir. Bu torpaq sahəsinin özəlləşdirilməsi və mənim adımda rəsmi qeydiyyata alınması üçün notariat orqanında vərəsəlik işi açılmasına ehtiyac yaranmışdır. Lakin notarius orqanı tərəfindən vərəsəlik işinin rəsmiləşdirilməsi üçün mənim təqdim etməli olduğum əsas sənədlərdən biri babası X3 ölüm haqqında şəhadətnaməsidir. Bu məqsədlə aidiyyəti üzrə müvafiq Mülki Vəziyyət Aktlarının Dövlət Qeydiyyatı orqanına (qeydiyyat şöbəsinə) müraciət etsə də, arxivdə babasının ölüm haqqında şəhadətnaməsi aşkar olunmamış, sənədin mövcud olmadığı bildirilmişdir. Beləliklə, notariusun tələb etdiyi rəsmi sənədi təqdim etmək mümkün olmamışdır. Yaqub Yaqubovun həlak olması müharibə şəraitində baş verdiyindən, həmin dövrdə ölüm faktının qeydiyyatı bir çox hallarda aparılmamış və ya müvafiq sənədlər arxivlərdə itib-batmışdır. Hazırda onun həlak olma faktı yalnız aidiyyəti dövlət orqanlarının təqdim etdiyi arayışlarla sübut edilir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum onun babası idi. *942-ci ildə tarixdə rəhmətə gedib, İnquşetiyada basdırılıb. Məhkəmədə şahid qismində dindirilmiş X* ifadəsində göstərmişdir ki, mərhum onun babası idi. *942-ci il tarixdə rəhmətə gedib, dəfn olunduğu yeri bilmirş İş materiallarına əlavə olunmuş sənədlər - doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.*984-cü il təvəllüdlü Ərizəçi atası X9, anası isə X7r. -doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 0*.03.*94*-ci il təvəllüdlü X5 atası X*0, anası isə Zəhra Xıdır qızıdır. Nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X*0 ilə Zəhra Xıdır qızı *7.04.*930-cu il tarixdə Əzizbəyov r-nu Buzovna qəsəbəsi sovetində rəsi nikaha daxil olmuşlar və bu barədə akt qeydləri kitabında 7* saylı qeyd aparılmışdır. - ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Zəhra Xıdır qızı 0*.**.*996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 0*.03.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. - 3*.05.2025-ci il tarixli arayışdan görünür ki, *902-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərrbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Ağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabunçu Rayon İdarəsinin *5.02.2024-cü il tarixli arayışdan görünür ki, *903-cü il təvəllüdlü X*0 həqiqətən *94*-*945-ci illər X*4 iştirakçısı olmuş və *2 dekabr *942-ci il tarixdə həlak olmuşdur. Rusiya Federasiyası Müdafiə Nazirliyi Federal Dövlət Dövlət İnstitusi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 0* aprel 2025-ci il tarixli ** **6398 saylı ARXİV ARAYİŞİndan görünür ki, *94*-*945-ci illər X*7 illərində Qırmızı Ordunun çavuş və əsgərlərinin bərpa olunmaz itkilərini əks etdirən sənədlərə əsasən, müəyyən edilmişdir ki, 337-ci atıcı diviziyasının **29-cu atıcı alayının sıravi əsgəri 2-ci atıcı briqada, Qızıl Ordu əsgəri X*5 (sənəddə atasının adı), *903-cü il təvəllüdlü, Azərbaycan SSR Maştağa rayonu, Buzovnı kəndindən (sənəddə olduğu kimi), Azərbaycan SSR Maştağanski RVK-dan hərbi xidmətə çağırılmış, (xidmətə çağırış tarixi göstərilməyib), *9 dekabr *942-ci il tarixdə döyüşdə həlak olmuşdur, Molqoben ərazisi, şimal-şərq yamacı 3909, kütləvi məzarlıqda dəfn olunmuşdur. (sənəddə olduğu kimi). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*8.*. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə *93. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası Bənd 8.5. ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 8.2. ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*902-cı il təvəllüdlü babası X*0 *2.*2.*942-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göründüyü kimi, ərizəçi müəyən sənədləri əldə etmək istəyir. Lakin anasının ölümü müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qaynatasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Hazırda baxılan mülki iş üzrə hüquq haqqında mübahisənin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum babası X3 *2.*2.*942-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.*902-cı il təvəllüdlü X6 *2.*2.*942-ci il tarixdə İİ Dünya müharibəsi zamanı ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2688/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2688/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver