Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2710/2025 26.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi*, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi*, Ərizəçi2 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi*, Ərizəçi2 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək X3 *987-ci ilin iyul ayında Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi* məhkəmə iclasında göstərdi ki, X2 2*.06.*987-ci ildə Bakı şəhərində anadan olmuş, lakin valideynlərinin dediyinə görə xəstəlik səbəbilə doğumundan təxminən * həftə və ya *0 gün sonra vəfat etmişdi. Bacısı X* qəbirsantlığında dəfn olunub. Atası X4 28.08.202*-ci il tarixdə, anası X6 *8.0*.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdi. X3 ölüm faktının təsdiq olunması ona vərəsəliyin qəbul edilməsi ilə bağlı lazımdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında Ərizəçi* izahatını təsdiqləyərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçilərin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin *8.03.2025-ci il tarixli Ərizəçi2 ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Yasamal rayon Bələdiyyəsinin arayışından görünür ki, X* rayonu X** küçəsində yerləşən Dağüstü * qəbirstanlığında *-ci sektorunda dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 208924 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.08.202*-ci il tarixdə Bakı şəhərində vəfat etmişdi. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 48*994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *8.0*.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, ərizəçilər onun təxminən 50 illik qonşularıdır. Ərizəçilərin *987-ci ilin yay aylarında Yeganə adlı bacıları anadan olmuş, lakin doğulandan təxminən *0 gün sonra vəfat etmişdi. Eşitdiyinə görə onu Yasamal rayonunda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, ərizəçilər onun bacısı Nazilənin qızlarıdır. Ərizəçilərin *987-ci ildə Yeganə adlı bacıları anadan olmuş, lakin doğulandan təxminən *0-*5 gün sonra vəfat etmişdi, onu Yasamal rayonunda dəfn etmişlər. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçilərin bacısı olmuşdur. *987-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçilər mərhumun bacıları olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi bacılarının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış və araşdırılmış sənədlərə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X3 *987-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. 2*.06.*987-ci il təvəllüdlü X3 *987-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2710/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2710/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver