Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2725/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı *929-cu il təvəllüdlü nənəsi X* xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Xəzər Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək, iş üzrə müəyyən sənədlərin çatışmamazlığının aradan qaldırılması zərurəti yarandığından iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxslər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Mülki işin materiallarından görünür ki, iddiaçı X2 tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı *00 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.*, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Xəzər Rayon İcra Hakimiyyətinə qarşı *929-cu il təvəllüdlü nənəsi X* xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş (əməliyyat İD 63488922, qəbzin nömrəsi 7687, terminal nömrəsi K0**7003) 50 manat dövlət rüsumu Ərizəçi dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən *0 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2725/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2725/2022
10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver