Məhkəmə qərarları › İş №2(003)-2729/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2729/2021

01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2729/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyevə Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 iyun 1978-ci il təvəllüdlü X4 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, 31.03.2015-ci ildə X5 ilə evlənmiş və hal- hazıra kimi də Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi nömrəsiz evdə yaşayırlar. X5 27 iyun 1978-ci ildə Zəngilan şəhərində anadan olmuşdur. 04 may 2021-ci il tarixdə səhər yuxudan oyananda Şamonun yatmış vəziyyətdə olduğunu görüb, səsləmişdir. Lakin yoldaşı cavab verməmişdir. O, təcili tibbi yardım çağırmış, lakin məlum olmuşdur ki, yoldaşı dünyasını dəyişib. Yoldaşını el qaydası ilə Mehdiabad qəbristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnaməni almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsindən isə ölüm haqqında tibbi şəhadətnamə istəmişlər. Artıq uzun müddət keçdiyinə və poliklinikada tibbi qeydiyyat olmadığına görə həmin sənədi ala bilməmişdir. Buna görə də, qeydiyyat şöbəsindən imtina məktubu təqdim edilərək, ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən, 27 iyun 1978-ci il təvəllüdlü X4 04 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mumkun hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə bildirmişdir kı, ərizəçi onun qohumudur. Həm də qonşudurlar. Şamo bazarda işləyirdi. 04 may 2021-ci il tarixdə ərizəçinin yoldaşı rəhmətə getdi, yatdı durmadı. Mərhumun 43 yaşı var idi. O, mərhumun dəfnində iştirak edib. Şahid Rüstəmov ismixan Şamxal oğlu məhkəməyə bildirmişdir ki, ərizəçi onun qohumu və qonşusudur. O. digər şahidin ifadəsindəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş Zəngilan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27.06.1978-ci ildə anadan olmuş, bu barədə akt qeydləri kitabında 11.07.1978-ci il tarixdə 97 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 27.06.1978-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X1 31 mart 2015-ci il tarixdə nikaha daxil olmuş, arvada Bağırova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X2 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş sorğuya cavabden görünür ki, 04 may 2021-ci il tarixdə saat 08:52-də X4 adına çağırış olmuş, evə gələn təcili tibbi yardım briqadası tərəfindən kişi cinsində meyid aşkar olunmuşdur. Eyni zamanda, işin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən ərizəçinin həyat yoldaşı, 27 iyun 1978-ci il təvəllüdlü X5 04 may 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs 27.05.2021-ci il tarixli məktubundan görünür ki, X4 ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27 iyun 1978-ci il təvəllüdlü X4 04 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 27 iyun 1978-ci il təvəllüdlü X4 04 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar