Məhkəmə qərarları › İş №2(003)-2738/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2738/2021

05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2738/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X13, Ərizəçinun ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, X1 22.09.1984-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası X6 yaşadığı ünvanda 22.09.1984-cü il tarixdə vəfat etmişdir. Anası X14 qızını Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. X1 anidən ölümü onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Hal-hazırda evin sənədləşdirilməsi ilə əlaqədar olaraq anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. X1 ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün - deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi və vəkili X20 məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçi onun bibisidir. X2 onun nənəsidir. X6 onlarla birlikdə yaşamışdır. X2 xəstəlikdən əziyyət çəkirdi. Nənəsi ölən vaxt onun 15 yaşı var idi. Həmin vaxt o, həyətdə atasına kömək edən zaman anası evdən gələrək nənəsinin süzdüyü çayı içməməsi barədə atasına bildirmişdir. Həmin vaxt nənəsinin öldüyünü bilmişdir. X6 22.09.1984-cü ildə Bakı şəhərində vəfat etmişdir. X2 qohumların və qonşuların iştirakı ilə Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən X10 oğlu ifadəsində bildirdi ki, ərizəçi onun bibisidir. X2 onun nənəsidir. X2 xəstəlikdən əziyyət çəkirdi. Nənəsi ölən vaxt onun 28 yaşı var idi. Həmin vaxt işdən gələndən sonra nənəsinin vəfat etdiyini bilmişdir. X6 22.09.1984cü ildə Bakı şəhərində vəfat etmişdir. X2 qohumların və qonşuların iştirakı ilə Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. X3, anası X8r. İş materiallarında olan pasportun surətindən görünür ki, X6 20 dekabr 1913-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat bürosunun evlənmə haqqında 046004 saylı şəhadətnaməsinin surətindən aydın olur ki, X11 ilə X12 17.11.1928-cı il tarixində nikaha daxil olmuş, bundan sonra sonuncunun soyadı Mikayılova kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/15-552 saylı 01.06.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçinin anasının X4 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 28.04.2021-ci il tarixli 05/69-516 saylı arayışından görünür ki, Bakı şəhəri Maraqlı şəxsndə 12.09.1984-cü il tarixə aid ölüm haqqında akt qeydi aşkar edilmədi. Arxiv sənədləri 1981-1987-ci illərə dair ilkin, 1985-2000-ci ilə qədər bərpa kt qeydləri üzrə Maraqlı şəxsndə yoxlanılmışdır. İş materiallarında olan qəbirüstü foto şəkildən görünür ki, X6 20 dekabr 1913-cü il tarixdə doğulub, 22.09.1984-cü il tarixdə ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Vidadi küçəsi döngə 2, ev 37 saylı ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin 05.05.2021ci il tarixli 103 saylı arayışından görünür ki, X6 22.09.1984-cü il tarixdə vəfat etmiş və Şüvəlan qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.8). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi mərhum anası X4 22.09.1984-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və digər sübutlarla tam təsdiq olunur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X4 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar ərizəçiyə lazımdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçinun mərhum anası 20 dekabr 1913-cü il təvəllüdlü X4 22.09.1984-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. Mikayılova (Vəliyeva) Xədicə İmamverdi qızının 22.09.1984-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhməiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar