Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2779/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, valideynləri 21 iyul 1921-ci il təvəllüdlü Məmmədova (Əliyeva) X14 11 yanvar 1989-cu ildə və 15 aprel 1914-cü il təvəllüdlü X2 30 aprel 1997-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, X7 və X6 onun valideynləridir. Valideynləri ev şəraitinə illər əvvəl vəfat etmişlər. Onların hər hansı xəstəliyi olmamış, qocalaraq öz əcəli ilə ölmüşlər. Həmin vaxt onlar qohum-qonşunun iştirakı ilə qəsəbə qəbristanlığında dəfn olunmuşlar. Həmin vaxt hüquqi proseduralardan xəbərsiz olduqlarına görə ölüm haqqında şəhadətnamələrin alınması üçün müraciət etməmişlər. Hazırda valideynlərinin ölüm haqqında şəhadətnamələri sənədləşmə işləri üçün lazımdır. Lakin qeydiyyat şöbəsindən imtina verilərək, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən, valideynləri 21 iyul 1921-ci il təvəllüdlü Məmmədova (Əliyeva) X14 11 yanvar 1989-cu ildə və 15 aprel 1914-cü il təvəllüdlü X2 30 aprel 1997-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə bildirmişdir ki, ərizəçi dayısı oğludur. Onun anası və ərizəçinin atası doğma bacı-qardaşdır. Mərhumların 6 övladı olub. Əvvəlcə Həcər xanım, daha sonra yoldaşı Məzahir rəhmətə gedib. Nardaran qəbristanlığında dəfn olunublar. Həcər xanım 1989-cu ildə, Məzahir isə 1997-ci ildə rəhmətə gedib. X1 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qonşusu və qohumudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışın surətindən görünür ki, Ərizəçi Məzair oğlu 08 avqust 1956-cı il tarixdə anadan olmuşdur. Bu barədə 21 avqust 1956-cı il tarixdə Bakı şəhəri Binə İ/N-də 265 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası X9, anası X3r. Qeyd olunan arayışdan görünür ki, Əliyev X4 (Əliyeva) X14 və Əliyev Məzahir (Məzair) İslam Əli oğlunun övladıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Məmmədova (Əliyeva) X14 və Əliyev Məzahir (Məzair) İslam Əli oğlunun ölümünün qeydə alınması barədə Ərizəçi ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 01.07.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 21.08.1956-cı ildə Xəzər rayonunun Binə qəsəbə icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında akt qeydinə görə, atası X9, anası X8r. İş materiallarına 21 iyul 1921-ci il təvəllüdlü Məmmədova (Əliyeva) X14 11 yanvar 1989-cu ildə və 15 aprel 1914-cü il təvəllüdlü X2 30 aprel 1997-ci ildə öldüyünü təsvir edən fotoşəkillərin surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21 iyul 1921-ci il təvəllüdlü Məmmədova (Əliyeva) X14 11 yanvar 1989-cu ildə və 15 aprel 1914-cü il təvəllüdlü Əliyev Məzahir (Məzair) İslam Əli oğlunun 30 aprel 1997-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 21 iyul 1921-ci il təvəllüdlü Məmmədova (Əliyeva) X14 11 yanvar 1989-cu ildə və 15 aprel 1914-cü il təvəllüdlü Əliyev Məzahir (Məzair) İslam Əli oğlunun 30 aprel 1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2779/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2779/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver