Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2817/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi X1 (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X2 (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılması barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.11). İddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər” (maddə 260.1, 260.6). Məhkəmə iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 260, 263-264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi X1 (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2817/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2817/2024
21.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver