Məhkəmə qərarları › İş №2(003)-2821/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2821/2023

18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2821/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, anası X4 *994-cü il tarixdə və atası X* *976-cı il tarixdə ünvan 1 ünvanında ölmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, atası X3 *909-cu ildə Bakı şəhəri Binə qəsəbəsində, anası X7 0*.03.*9**-ci ildə Bakı şəhəri Nardaran kəndində doğulmuşlar. Anası *994-cü il tarixdə Binə qəsəbəsində vəfat etmiş, lakin Nardaran qəbirstanlığında dəfn olunmuşdur. Atası isə *976-cı il tarixdə Binə qəsəbəsində vəfat etmiş, Binə qəbirstanlığında da dəfn olunmuşdur. Hər ikisinin dəfn mərasimləri Binə qəsəbəsi, Rəhmanov küçəsi, ev 3 ünvanında olmuş, qohum-qonşular iştirak etmişlər. Xəzər rayon qeyiyyat şöbəsinə valideynlərinin ölüm haqqında şəhadətnaməsinin alınması üçün müraciət etsə də maraqlı şəxs ölümü təsdiq edən tibbi sənədin olmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hazırda vərəsəlik işlərini həll etmək üçün valideynlərinin ölüm faktının təsdiq edilməsinə zərurət yaranmışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid Əli-zadə Süleyman Əliəskər oğlu ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçi Əhmədağanın atası vəfat edərkən onun təxminən *2-*3 yaşı var idi. Bu səbəbdən hər şeyi dəqiqliklə xatırlaya bilmir. Lakin, onun anasının ölümünü xatırlayır. Anasının yaşı xeyli irəliləmiş və o, vəfat etmişdir. O, Nardaran qəbirstanlığında dəfn edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. Onun atası əkinçiliklə məşğul olmuşdur. Lakin, xəstəlik səbəbilə vəfat etmiş və Binə qəbirstanlığında dəfn edilmişdir. Əhmədağanın anasını da görmüş, onunla qonşu olmuşdur. Anasının yaşı xeyli irəliləmiş və o, qocalıqdan vəfat etmişdir. O, Nardaran qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini tədqiq edib, məhkəməyə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; SSRİ vətəndaşının V-ЖГ seriyalı 705*08 saylı pasportunun surətindən görünür ki, X6 0*.03.*9**-ci il tarixində doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs *2.07.2023-cü il tarixli 3-*6-5/7-*5-*020/2023 saylı məktubundan görünür ki, X* ölümünün qeydiyyata alınması barədə *2.07.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. “Bakı Baş Səhiyyə Mərkəzi” X*2 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli 30* saylı məktubundan görünür ki, *909-cu il təvəllüdlü X3 və *9**-ci il təvəllüdlü X4 ölməsi barədə məlumat ölüm hadisələrinin qeydiyyat kitabının olmadığı üçün ölüm haqqında müəssisə tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilibverilməməsi barədə məlumat vermək mümkün olmamışdır. Binə Bələdiyyəsi tərəfindən verilmiş *3.07.2023-cü il tarixli *0* saylı məktubdan görünür ki, *976-cı il tarixdə vəfat edən X3 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Binə kənd qəbirstanlığında” dəfn edilmişdir. Sabunçu rayonu Nardaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 205/23 saylı arayışdan görünür ki, X6 *994-cü il tarixdə vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *909-cu il təvəllüdlü X* *976-cı il tarixdə Bakı şəhərində ölməsi faktı və 0*.03.*9**-ci il təvəllüdlü X2 *994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *909-cu il təvəllüdlü X* *976-cı il tarixdə Bakı şəhərində və 0*.03.*9**-ci il təvəllüdlü X4 *994-cü il tarixdə Bakı şəhərində ölmələri faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar