Məhkəmə qərarları › İş №2(003)-2831/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2831/2024

01.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2831/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 2012 yeni qaydalarla Şüvəlan qəsəbəsi, 124-cü Şüvəlan küçəsi, giriş 151 ünvanda yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 405 kv.m olan bağ evinin Cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 2012 yeni qaydalarla Şüvəlan qəsəbəsi, 124-cü Şüvəlan küçəsi, giriş 151 ünvanda yerləşən bağ evinə dair AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmışdır.Həmin müqaviləyə əsasən satıcı Cavabdeh (tam hissə 405 kv/m) alıcı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 2012 yeni qaydalarla Şüvəlan qəsəbəsi, 124-cü Şüvəlan küçəsi, giriş 151 ünvanda yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən alıcının mülkiyyətinə verir.Müqaviləyə əsasən satıcı daşınmaz əmlakı 498000.00 AZN qiymətinə satdı,alıcı isə həmin qiymətinə aldı.xx.xx.2024-cü ildə daşınmaz əmlak İddiaçı təhvil verilməli idi. İddiaçı müqavilə üzrə göstərilən öhdəlikləri yerinə yetirdiyi halda Cavabdeh hər dəfə bir bəhanə ilə iddiaçıya məxsus olan bağ evinin boşaldılmasından və sahibinə təhvil verilməsindən imtina edir. Məhkəmə iclasında iştrak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, buna görə də təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 2012 yeni qaydalarla Şüvəlan qəsəbəsi, 124-cü Şüvəlan küçəsi, giriş 151 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Beləliklə, işdə iştirak edən şəxsin izahatı və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 2012 yeni qaydalarla Şüvəlan qəsəbəsi, 124-cü Şüvəlan küçəsi, giriş 151 ünvanda yerləşən 0,12 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən bağ evində yaşayır. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan evdən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Yuxarıda göstərilən əsaslara görə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 2012 yeni qaydalarla Şüvəlan qəsəbəsi, 124-cü Şüvəlan küçəsi, giriş 151 ünvanda yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən bağ evindən çıxarılmalı, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 2012 yeni qaydalarla Şüvəlan qəsəbəsi, 124-cü Şüvəlan küçəsi, giriş 151 ünvanda yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən bağ evindən çıxarılsın və iddiaçıya təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar