Məhkəmə qərarları › İş №2(003)-2833/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2833/2025

30.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2833/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi Köçəri qızının iştirakı ilə, Ərizəçi Köçəri qızının Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi Əliyeva X7 Raqib Həsrət oğlu maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01718 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01718 saylı barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) anaları Ərizəçi Köçəri qızına ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq yerinə yetirmək istəmir, uşaqlar üçün alimenti ödəmir. Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi Köçəri qızı ərizənin dəlillərinə uyğun izahat verərək, onu müdafiə etdiyini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. O, izahatında əlavə olaraq qeyd etdi ki, tərəflər arasında nikah xx.xx.2023-cü il tarixində pozulmuşdur, onların birgə nikahından biri 5, biri 11, biri 12 yaş olmaqla 3 uşaqları var, uşaqlar onun yanında qalır, alimentlə bağlı tərəflər arasında barışıq sazişi bağlanmışdır, lakin dəfələrlə tələb etsə də Maraqlı şəxs aliment məbləğini ödəməkdən yayınır və ona deyilib ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunmadığı üçün məcburi qaydada icra etdirilə bilmir. Ona görə məhkəməyə müraciət etməyə məcbur qalıb.

4. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

5. Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01718 nömrəli Barışıq Sazişinə əsasən: 1. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X5 alimenti ilə bağlı razılığa gəldi.

2. X12 xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü il 15 avqust tarixindən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment (hər ayın sonuncu günündən gec olmayaraq) anası Ərizəçi Köçəri qızına ödəmək barədə öhdəlik götürür.

6. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli Arayışa əsasən, Ərizəçi Köçəri qızı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, Bağ sahəsi, 50 A nömrəli bağ evi ünvanında qeydiyyatdadır.

7. Nikahın pozulması haqqında xx.xx.2024-cü il tarixli, AZ-İ 472900 seriya nömrəli şəhadətnaməyə əsasən, Maraqlı şəxs ilə X2 nikahına Şamaxı rayon məhkməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir.

8. Doğum haqqında AZ-İİİ 124173 seriya nömrəli şəhadətnaməyə əsasən, xx.xx.2013cü il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası X4r.

9. Doğum haqqında AZ-İİİ 418962 seriya nömrəli şəhadətnaməyə əsasən, xx.xx.2014cü il təvəllüdlü X6 atası Maraqlı şəxs, anası X4r.

10. Doğum haqqında AZ-İV 487818 seriya nömrəli şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası X4r.

11. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1956/2024 saylı Qərardadına əsasən, ərizə ərazi aidiyyəti üzrə verilmədiyindən Ərizəçi Köçəri qızının mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

Tətbiq edilən hüquq:

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun

12. 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

13. 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14. 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır.

15. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

16. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir.

17. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

18. 355-26-cı maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Köçəri qızı ilə Maraqlı şəxs nikahı məhkəmə qətnaməsi əsasında pozulub, onların birgə nikahından 3 (üç) uşağı var və həmin uşaqların saxlanması üçün aliment ödənilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi əsasında Rzayev X8 İlhamə Köçəri qızına uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü il 15 avqust tarixindən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment (hər ayın sonuncu günündən gec olmayaraq) ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini könüllü qaydada yerinə yetirməmişdir.

21. Məhkəmə hesab edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01718 nömrəli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır.

22. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Köçəri qızı Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi Köçəri qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılaraq mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01718 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi Ərizə təmin edilsin. Ərizəçi Köçəri qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış və mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01718 nömrəli Barışıq Sazişi təsdiq edilsin: - 1. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X5 alimenti ilə bağlı razılığa gəldi. - 2. X12 xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü il 15 avqust tarixindən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment (hər ayın sonuncu günündən gec olmayaraq) anası Ərizəçi Köçəri qızına ödəmək barədə öhdəlik götürür. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (yalnız elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar