Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2866/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi Xaliq oğlunun iştirakı ilə, Ərizəçi Xaliq oğlunun (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Xaliq oğlu hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı *0.07.*995-ci il təvəllüdlü X* xx.xx.2023-cü ildə Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı *0.07.*995-ci il təvəllüdlü X7 Bakı şəhəri,Xəzər rayonu Binə qəsəbəsi,X2* küçəsi,nömrəsiz evdə olarkən dərman preparatı qəbul etmiş və bunun nəticəsində vəfat etmişdir Bu məsələ ilə bağlı Xəzər rayon Polis idarəsinə məlumat verilmişdir.Xəzər rayon Polis idarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Mərhumun vəfatından sonra başı yas mərasiminə qarışmışdır. Məhkəmə iclasında Ərizəçi Xaliq oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, , qardaşı *0.07.*995-ci il təvəllüdlü X7 xx.xx.2023-cü ildə tarixdə evdə vəfat etmişdir. O, Binə qəbirstanlığında dəfn edilmişdir. Hazırda ölüm faktının təsdiq edilməsi ona sənəd işləri ilə əlaqədar lazımdır. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin *85.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X** ifadəsində bildirdi ki, Ərizəçi Xaliq oğlunun dayısıdır. Ərizəçinin qardaşı xx.xx.2023-cü ildə vəfat etmiş və Binə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *0.07.*995-ci ildə doğulmuşdur. X2, anası X3r. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin 848 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Xaliq oğlunun qardaşı X9 xx.xx.2023-cü ildə vəfat edib və Binə qəbirstanlığında dəfn olunub. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-*6-5-8-*5-N-789/2024 saylı məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs qardaşınız X6 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materialına əlavə olunan qərar: Bakı şəhəri,Xəzər rayon prokurorluğunun müstəntiqi,İ dərəcəli hüquqşunas X4 07 iyun 2023-cü il tarixli qərarından görünür ki,toplanmış C-240/23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki prosessual Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. *0.07.*995-ci il təvəllüdlü X* xx.xx.2023-cü il Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi Xaliq oğlu göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X* ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi Xaliq oğlunun mərhum qardaşı X5 xx.xx.2023-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *0.07.*995-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2866/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2866/2024
02.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver