Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2902/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X* 2*.06.2009-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.3 və 307.2.8-ci maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının faktının müəyyən edilməsi barədə məhkəmə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4.8-cü bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin Əliyeva Mina xanım Lazım qızına ünvanlanmış *5.07.2023-cü il tarixli məktubundan görünür ki, sonuncunun mərhum X* ölüm haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə müraciəti ilə bağlı bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.*5-ci bəndinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. O, X2 ilə qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etmədiyi üçün ölüm haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, ərizəçiyə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən ölüm faktının qeydə alınmasından imtina edilməmiş, ərizəçiyə ölüm haqqında şəhadətnamənin təkrar verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin *53.2.*-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, hazırkı ərizə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmçinin iş materiallarında olan *207*59*09 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət edilməsi üçün ərizəçi tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olununlara əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Xəzər rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş *00 manat ərizəçiyə geri qaytarılmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in *52-ci maddəsini rəhbər tutaraq qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş *00 manat (*207*59*09 nömrəli qəbz) Ərizəçi geri qaytarılsın (AZE ********). Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-2902/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2902/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver