Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2929/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs X8 ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01377saylı “Barışıq Sazişi”-nin məhkəmə qaydasıda təsdiq edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-02563 saylı xx.xx.2024cü il tarixli “Barışıq Sazişi” nə əsasən X1 imzalandıqdan sonra həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhəri, Əzizbəyov rayon, Qeydiyyat şöbəsidə xx.xx.2010-cu il tarixde № 386 qeydi ile bağlanan nikahın ləğv (barışıq üçün əlavə vaxt verilmedan) edilməsinə (pozulmasına) razıdır. Ərizəçi Sazişi imzalandıqdan sonra heyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. Ərizəçi Sazişi imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ile birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-na kimi 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır. Ərizəçi Sazişi imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Ərizəçi Sazişi imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-cı il təvəllüdlü X4 ilə xx.xx.2024-ci il tarixdən etibarən hər ay 4 dəfə olmaqla hər həftənin bazar günləri saat 14:00-dan bazar günü 17:00-dək (ananın iştirakı olmadan) cavabdeh atası Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. Ancaq Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə əməl edilməyərək 2025-ci ilin fevral ayından bu günə kimi alimentlə bağlı ödənişəri etməmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, barışıq sazişinin aliment hissəsində təstiq olunmasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş sənədlər 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-02563 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi”nin 3-cü və 4-cü bəndinə əsasən, Ərizəçi Sazişi imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ile birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-na kimi 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır. Ərizəçi Sazişi imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, tərəflər aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamış, lakin barışıq sazişi üzrə maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq xx.xx.2024-cü- il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və X8 arasında 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-02563 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi “Ərizəçi Sazişi imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ile birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-na kimi 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır. Ərizəçi Sazişi imzalandıqdan sonra cavabdeh Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır.” hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2929/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2929/2025
14.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver