Məhkəmə qərarları › İş №2(003)-2935/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2935/2025

31.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2935/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və aliment" ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə ərizə ilə məhkəməyə müraciət xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”-nin təsdiq edilməsi və aliment məbləğini həmin gündən hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6. maddəsinin tələbinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə iclası barədə tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və aliment" ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və aliment" ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar