Məhkəmə qərarları › İş №2(003)-2959/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2959/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2959/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, **.*0.*950-ci il təvəllüdlü X3 20.*0.2020-ci il tarixində ev şəraitində vəfat etmiş, bu barədə təcili yardım tərəfindən qeydə alınmış ölü faktı kimi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, **.*0.*950-ci il təvəllüdlü X6, 20.*0.2020-ci il tarixdə ev şəraitində vəfat etmiş, bu barədə təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. 09.*2.202*-ci il tarixdə 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət edərək ölüm haqqında tibbi şəhadətnamə almaq üçün etdiyi müraciətinə cavab qurum tərəfindən əsassız olaraq imtina cavabı verilmişdir. Daha sonra ərizəçi, ərizəsini dəqiqləşdirərək **.*0.*950-ci il təvəllüdlü Lerik şəhərinin Hamarat kəndində doğulmuş X3 20.*0.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, X6 onun atasıdır. Atası “xərçəng” xəstəsi olmuş və bu səbəbdən ölmüşdür. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur və dostudur. O, ərizəçi ilə uşaqlıqdan bir yerdə böyümüşlər. Ərizəçinin atası, mərhum X6 “xərçəng” xəstəsi olmuş və 20.*0.2020-ci il tarixdə Binə qəsəbəsində yaşadığı evdə ölmüşdür. Həmin günü ona bu barədə bildirilmiş və həmən ərizəçinin yaşadığı evə gəlmiş, atasının öldüyünü görmüşdür. X2 qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuş, o, yas və dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin atası mərhum X* rayon İcra Hakimiyyəti Başçısının müavini olmuşdur. Mərhum sağlığında “xərçəng” xəstəliyindən əziyyət çəkmiş və bu səbəbdən də ölmüşdür. X6 20.*0.2020-ci il tarixdə Binə qəsəbəsində yaşadığı evdə ölmüş və Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. O da qonşu kimi yas və dəfn mərasimlərində iştirak etmişdir Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 00032948 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 **.*0.*950-ci il tarixdə Lerik şəhərinin Hamarat kəndində doğulmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bünyadzadə küçəsi dalan * mənzil 40 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İX-ЖГ seriyalı 394788 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Ələkbər oğlu 0*.*0.*983-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası X5r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 09.*2.202*-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim edilmədiyi üçün ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan 29 nömrəli Birləşmiş şəhər xəstəxanasının 09.*2.202*-ci il tarixli məktubundan görünür ki, xəstəxanaya gec müraciət edildiyinə görə Binə qəsəbəsi Bünyadzadə küçəsi dalan * mənzil 40 ünvanında yaşamış **.*0.*950-ci il təvəllüdlü X6 20.*0.2020-ci il tarixdə ölməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin verilməsidən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi atası X3 20.*0.2020-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə **.*0.*950-ci il tarixdə Lerik şəhərinin Hamarat kəndində doğulmuş X3 20.*0.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. **.*0.*950-ci il tarixdə Lerik şəhərinin Hamarat kəndində doğulmuş X3 20.*0.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar