Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-296/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxs) məhkəməyə ərizə ilə müraciət edərək 10.09.1975-ci il təvəllüdlü əri X16 oğlunun 10.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olub. Hal-hazırda yuxarıda qeyd edilən ünvanda öz ailə üzvüləri ilə birlikdə yaşayır. O, 19.03.2013-ci il tarixdə X11 ilə rəsmi olaraq nigaha daxil olmaqla ailə qurub. Birgə nigahlarından iki uşaqları olub. X5 həyat yoldaşı 10.09.1975-cı ildə Bakı şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşı X11 10 sentyabr 2021-cı il tarixdə 46 yaşında ürək xəstəliyi ilə bağlı olaraq qəflətən vəfat etmişdir. Həyat yoldaşı vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üvüləri lazımı qədər bilmədiyindən evə həkim gələnə kimi mərhum həyat yoldaşı artıq vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra ərizəçi onu qohum və qonşuların iştirakı ilə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi Dağüstü 1 saylı qəbirstanlığında dəfn edibl. Hal-hazırda ərizəçinin mərhum həyat yoldaşı ölüm haqqında şəhadətnaməsi yardım almaqdan ötrü ona lazımdır. Ərizəçi bu barədə Maraqlı şəxsnə müraciət etdim lakin orada onlar bu barədə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3 maddəsini rəhbər tutaraq, ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum həyat yoldaşı X11 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi X9 ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X12 izahatında bildirdi ki, o, ərizəçi Aytənin anasıdır. X4 olub. 2021-ci ilin sentyabr ayının 9-dan 10-na keçən gecə təxminən saat birdə ona zəng vurdular ki, İslam ölüb. İslam sağlam idi. Mərhum 10.09.2021-ci il tarixdə Ysmal rayonu ərazisində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn edilmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilən X14 izahatında bildirdi ki, o, ərizəçinin qardaşıdır. 2021-ci ilin sentyabr ayının 9-dan 10-na keçən gecə təxminən saat birdə ona zəng vurdular ki, İslam ölüb. İslam sağlam idi. Qəflətən öldü. Mərhum 10.09.2021-ci il tarixdə Ysmal rayonu ərazisində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn edilmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 oğlu ilə Ərizəçi 19.03.2013-cü ildə rəsmi nikaha daxil olmuşlar, ərə Kazımov, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/15-1176 saylı 21.10.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçinin əri X16 oğlunun ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən və şəxsiyyət vəsiqəsinin məlumatları haqqında çıxarışın sürətindən görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi ünvanında qeydiyyatsız yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 1523 saylı 28.09.2021-ci il tarixli arayışdan görünür ki, 10.09.1975-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında 10.09.2021-ci il tarixdə , Ərizəçi tərəfindən dəfn edilmişdir. İş materiallarında olan X10 yardım Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 10.09.2021-ci il tarixdə saat 01:10-da Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi ev 85H ünvanına çağırış olub və X7 ölməsi müəyyən edilib. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X16 oğlu ərizəçinin əri olmuşdur. 10.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X16 oğlu Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X16 oğlunun 10.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. Bakı şəhərində doğulmuş 10.09.1975-ci il təvəllüdlü X16 oğlunun 10.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhməiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-296/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-296/2022
10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver