Məhkəmə qərarları › İş №2(003)-2961/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2961/2024

27.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2961/2024 27.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *6.09.*930-cu il təvəllüdlü X2 26.09.*990cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ilə nikahları 27.0*.2006-cı il tarixdə rəsmi qeyd etdirməklə evlənmişdir. X5 xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evində ölmüş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozundakı qəbirstanlıqda dəfn olunmuşdur. Ölüm faktı X*3 Tibbi Yardım tərəfindən qeydə alınsa da, 4 nömrəli Birləşmiş şəhər xəstəxanası ölüm səbəbinin naməlum olması əsası ilə TQS № *06 (ölüm haqqında həkim şəhadətnaməsi) verilməsindən imtina etmişdir. Bakı şəhəri Maraqlı şəxs də ölümünü təsdiq edən sənədin olmamasını əsas göstərərək, X3 ölümünü qeydə almaqdan imtina etmiş, 3-*6- 5/8-*5-P-8*6/2024 saylı *4.06.2024-cü il tarixli məktubu ilə onun ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyimi tövsiyyə etmişdir. Faktın müəyyən edilməsi ailə başçısını itirmiş şəxslərə şamil edilən hüquqlarını həyata keçirməyi üçün lazımdır. Onun ölümü barədə lazımi sənədləri başqa qaydada ala bilmir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşuluqda yaşayırlar. X*4 xx.xx.2024-cü ildə qəfldən dünyasını dəyişdi. Onun yas mərasimində iştirak etmişdir. Mərhumu Binə qəsəbəsi Südçülük sovxozu qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Təyyar Məmmədovun xx.xx.2024-cü ildə qəfldən səhətti pisləşmiş və Ərizəçi onlara zəng etmişdir. Onların evlərinə getmiş, lakin Təyyar dünyasını dəyişmişdir. Onun vəfat etdikdən sonra Binə qəsəbəsi Südçülük sovxozu qəbirstanlığında dəfn etmişdirlər. Mərhumun hüzr və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında “Elektron” Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqələrinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.*973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, X* Yavər Mirağa qızı ilə 27.0*.2006-cı il tarixdə Bakı şəhəri Xəzər rayonu (sabiq Əzizbəyov rayonu VVADQ şöbəsində) Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 48 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X*7 Bakı Baş Səhiyyə Mərkəzi X*7 4 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2024-cü il tarixli, 243 saylı məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozu ünvanında yaşamış 0*.03.*977-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə X*3 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin ölüm səbəbi naməlum olduğu üçün 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası TQS №*06 verilməsindən imtina edilmişdir. İş materiallarında olan Təcili və X7 Stansiyasının (BŞT və TTTYS) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi tərəfindən verilmiş *4.06.2024-cü il tarixli, 888 saylı arayışdan görünür ki, həqiqətən də onun həyat yoldaşı mərhum X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində vəfat etmiş və Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir.. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış *4.06.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 0*.03.*977-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar