Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2969/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı *4.06.*964-cü il təvəllüdlü X6 *3.06.2024-cü ildə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, *4.06.*964-cü il təvəllüdlü bacısı X9 ailəsi ilə birgə yaşayırdı. *3.06.2024-cü il tarixdə onkoloji xəstəliyi səbəbindən evində axşam tərəfi vəfat etmişdir.Dəfn mərasimi Hövsan qəsəbəsi, Quşçuluq sovxozu qəbristanlığında olmuşdur.O, ölüm haqqında şəhadətnaməni ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir.Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş X8 məhkəmə iclasında bildirdi ki, Məlahətin qonşusudur.Məlahətin Tamila adlı bacısı olmuşdur, təxminən 2 ay əvvəl vəfat etmişdir.O, dəfndə iştrak etməmişdir. Şahid qismində dindirilmiş X*0 məhkəmə iclasında bildirdi ki, Məlahət ilə qonşudur. Məlahətin Tamila adlı bacısı olmuşdur, bacısı *3.06.2024-cü il tarixdə vəfat etmiş və Hövsan qəsəbəsi, Quşçuluq sovxozu qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 *4.06.*964-cü ildə doğulmuşdur. X2, anası X*r. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin *72 saylı, 2*.06.2024-cü il tarixli arayışından görünür ki, X9 *3.06.2024-cü ildə vəfat edib və Hövsan qəsəbəsi, quşçuluq sovxozu qəbristanlığında dəfn olunub. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 2*.06.2024-cü il tarixli, 3-*6- 5-8-*5-G-833/2024 saylı məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs bacınız X6 ölümünün qeydiyyata alınması barədə 2*.06.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan 4 nömrəli Birləşmiş Şəhər xəstəxanasının *9.06.2024-cü il tarixli, 265 nömrəli məktubundan görünür ki, *4.06.*964-cü il təvəllüdlü X6 *3.06.2024-cü il tarixdə X*2 Tibbi Yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum bacısı X6 *3.06.2024-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *4.06.*964-cü il təvəllüdlü X6 *3.06.2024-cü il Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2969/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2969/2024
09.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver