Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3027/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi X1 vəkili və nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs X6 ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək, X6 birgə nikahdan doğulan xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşa qədər saxlanılması üçün oktyabr 2024-cü tarixbaşlayaraq hər ayın 1-dən 5-nə qədər gəlirlərinin dörddə bir hissəsini aliment olaraq X1 xeyrinə, bank hesabına ödənilməsinə dair onunla (SəmədVüsalə Məqsud qızı ilə) X6 arasında 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MSB/2/2024- 01040 saylı barışıq sazişinin təsdiq edibarədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşam. Belə ki, nikahımız xx.xx.2015-ci il tarixdə rəsmiləşmiş və nikahın bağlanması haqqında qeydləri kitabında 2476 № ilə qeyd aparılmış, bu əsasa görə də 5 saylı ASAN xidmət mərkəzi tərəfindən nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2018-təvəllüdlü X8 anadan olmuşdur. S.Səmədov ailəyə və uşağa baxmamış, nəticədə S.Səmdovun təqsiri üzündən münasibətlərimiz faktiki olaraq pozulmuşdur. Bunun da nəticəsi kimi mənə qarşı nikpozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət еtmək üçün ilkin mediasiya sessiyasında iştirak etmək üçün ərizə ilə ünvan 1 ünvanında yerləşəsaylı Mediasiya Təşkilatına müraciət etmişdir. 2 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MSB/2/2024-01040 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyl şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri” bölməsinin bəndinə əsasən, Tərəflər aralarında bağlanmış 5 Saylı Bakı“ASAN Xidmət” mərkəzində 25 dekabr 2015-ci il tarixdə akt qeydləri kitabında 2476 nömrə ilə qeydə alınmış nikahı davam etdirməyə rəldə etmədilər. 2-ci bəndinə əsasən, tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2018-ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra anası Səmədova VüMəqsud qızının himayəsinde saxlanılsın. 3-cü bəndinə əsasən, tərəflər razılığa gəldilər ki, X6 birgə nikahdan doğulan xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşa qsaxlanılması üçün oktyabr 2024-cü tarixdən başlayaraq hər ayın 1-dən 5-nə qədər gəlirlərinin dörddə bir hissəsini aliment olaraq X1 xeyrinə, bank hesabödəyəcək. Bundan sonar iddiaçı X6 ona qarşı iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət edərək, iddiaçı X6 ilə cavabdeh X2rasında 5 saylı Asan Xidmət Mərkəzi tərəfindən bağlanmış xx.xx.2015-ci tarixli nikah pozulmasını xahiş etmişdir. 2 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış, MSB/2/2024- 01040 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən, X6 birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşa qədər saxlanılması üçün oktyabr 2024-cü tarixdən başlayaraq hər ayın 1-dən 5-nə qədər gəlirlərinin dörddə bir hissəsini aliment olaraq X1 xeyrinə, bank hesabına ödəməli olduğu halda, bir neçə ay uşağın məktəbə aparılıbgətirilməsi ilə əlaqədar daşıma “Servis” xidmətinə 350 manat ödəmiş, sonradan ödənişi də tamamilə dayandırmışdır. X6 tərəfindən əvvəlki aylar üzrə uşağın məktəbə aparılıbgətirilməsi ilə əlaqədar daşıyıcı “Servis” xidmətinə ödənilmiş 350 manat qazancın və (və başqa gəlirlərinin dörddə bir hissəsindən xeyli miqdarda az məbləğ təşkil edir. Digər tərəfdən 3 aydır ki, ödənişi də tamamilə dayandırmışdır. Hazırda hər hansı məbləğdə aliment ödəmir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən ərizəçi X1 vəkili və nümayəndəsi X7 ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər 2 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış, MSB/2/2024- 01040 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən, X6 birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X5 18 yaşa qədər saxlanılması üçün oktyabr 2024-cü tarixdən başlayaraq hər ayın 1-dən 5-nə qədər gəlirlərinin dörddə bir hissəsini aliment olaraq X1 xeyrinə, bank hesabına ödəniləcək. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, tərəflər aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamış, lakin barışıq sazişi üzrə maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-cü il tarixdə haqlı olaraq xx.xx.2024-cü- il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MSB/20/2024-00589 saylı barışıq sazişi təsdiq edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1052 nömrə ilə qeydə alınmış nikah pozulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3027/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3027/2025
24.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver