Məhkəmə qərarları › İş №2(003)-3079/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3079/2022

17.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3079/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Mustafayeva Nigar Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *9.0*.*96*-ci il təvəllüdlü mərhum atası X2 23.09.202*-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X4 *9.0*.*96*-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası və anasının nikahı 20*2-ci ildə pozulmuşdur. Atası, qardaşı Zülfixarov Bəhram və ailəsi ilə ünvan 1 ünvanında yaşayırdı. Mərhum atası 30.09.202*-ci ildə evdə olarkən birdən halı pisləşmiş, onlar da dərhal *03 TTY xidmətinə zəng vurmuşlar. Hadisə yerinə gələn tibb işçiləri bildirmişlər ki, artıq Zülfiqarov Bəhlul vəfat etmişdir. BŞT və TTYS *8 saylı bölməsinin 03.09.202*-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən məlum olur ki, həmin tarixdə saat 23:45 radələrində 60 yaşlı X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Mərhumun vəfatından sonra başları yas mərasiminə qarışmışdır. Mərhumu Türkan qəbristanlığında dəfn etmişlər. Sonradan ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsələr də, 07.*2.202*-ci il tarixli 05/*5-*300 saylı məktubu ilə “atanız X2 ölümünün qeydiyyatı ilə əlaqədar müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim sənədi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyyat şöbəsinə X3 həkim arayışı təqdim edilmədiyi üçün ərizə təmin edilə bilməz”. Hal-hazırda mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması zəzurəti yaranmışdır. Daha sonra Ərizəçi dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, *9.0*.*96*-ci il təvəllüdlü mərhum atası X2 03.09.202*-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısının nəvəsidir. Mərhum onun yanında ölüb. Mərhum xəstə idi, ciyərlərində xəstəliyi var idi. 03.09.202*-ci il tarixdə öldü. X7 Türkan qəbirstanlığında dəfn eolunmuşdur. Məhkəmədə şahid qismində dindirilən X* ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşı arvadıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq edərək əlavə etdi ki, mərhum ona demişdir ki, özünü pis hiss edir, sonra uzanıb dincəlməyə gedib. Sonradan vəziyyətinin pis olduğunu görüb təcili tibbi yardım çağırmışlar. Türkan qəbirstanlığında dəfn eolunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan pasporun surətindən görünür ki, X4 *9.0*.*96*-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyasının (TTTYS) *8 saylı bölməsi həkimi tərəfindən verilmiş 03.09.202*-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 həmin tarixdə həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 07.*2.202*-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin atası X2 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum atası X2 03.09.202*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *9.0*.*96*-ci il təvəllüdlü X2 03.09.202*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar