Məhkəmə qərarları › İş №2(003)-3112/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3112/2024

19.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3112/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X5 ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01190 saylı “Barışıq Sazişi”-nin məhkəmə qaydasıda təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs X5 ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-01190 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” əsasən Ərizəçi cavabdeh Maraqlı şəxs Qəhrəma oğlu ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü təvəllüdlü X6 xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs ona xx.xx.2024-cii il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 940 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair cavabdehin götürdüyü öhdəliklə razıdır. Ərizəçi cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cii il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. X1 aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cii il tarixli, MŞB/8/2024-01190 saylı “Barışıq Sazişi”-nin məcburi icrası üçün həmin saziş məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X5 ərizəni qəbul edərək, izahatında göstərdi ki, ərizəçi ilə dolanmaqları mümkün deyildir. 695 manat əmək haqqı alır. Ondan başqa əlavə işlərlə də məşğul olmaqla əlavə gəlir əldə edir. Barışıq sazişin təsdiq olunmasına etirazı yoxdur. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən tərəflərə aid məlumat pəncərəsindən görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X20, ev 10, maraqlı şəxs X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Onların birgə nikahından xx.xx.2014-cü təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs Qəhrəm oğlu ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il- təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X16 oğlunun, xx.xx.2020-ci il təvəllüdlü Süleymanov Ümid Əlizaman oğlunun və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 940 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü Süleymanov Ümid Əlizaman oğlunun və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf: Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Birinci tərəf:Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf:Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2014- cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-dək 235 manat olmaqla ümumilikdə 940 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs birinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf: Ərizəçi ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, tərəflər aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamış, lakin barışıq sazişi üzrə maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2024-cü il tarixdə haqlı olaraq xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentin tutulması hissəsi, tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və X5 arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024ci il tarixli, MŞB/8/2024-01190 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar