Məhkəmə qərarları › İş №2(003)-3127/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3127/2022

27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3127/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək*9*6-cı il təvəllüdlü X* 28.08.*995-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəmyə müraciət edərək ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, eyni zamanda ödənilmiş dövlət rüsumunun ona geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 26*.0.*—26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsinə ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ərizəsi geri qaytarıldığından ərizəçi tərəfindən Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş *00 manat məbləğində pul tam şəkildə ona geri qaytarılmalıdır Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, *70.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş *00 manat (956740083 nömrəli mədaxil qəbzi) Ərizəçi (AA 2996077) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar