Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3130/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçiiştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs Zabit oğlu arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00742 saylı “Barışıq Sazişi”-nin alimentə aid hissəsində məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsinixahişetmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Zabit oğlu ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00742 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” əsasən Ərizəçi (Bu saziş imzalandıqdan sonra cavabdehin həyat yoldaşı Maraqlı şəxs Zabit oğlu ilə Ağdaş rayon Yuxan Nemətabad kənd icra nümayəndəliyində xx.xx.2003-cü il tarixdə N13 qeydi ilə bağlanan nikahın ləğv edilməsinə razıdır. Ərizəçi cavabdeh Maraqlı şəxs Zabit oğlu ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 ananın yanında qalmalarına razıdır. Həmin övladların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs Zabit oğlunun ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-na kimi hər uşaq üçün 166 manat olmaqla ümumilikdə 498 manat məbləğində aliment ödəməyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına ödəniləcəyi ilə razıdır. Övladları ilə xx.xx.2024-cü il tarixdən etibarən uşaqların mənafeyi nəzərə alınmaqla vaxt məhdudiyyəti qoyulmaqla ikinci tərəf Maraqlı şəxs Zabit oğlu ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. Ərizəçi bu saziş imzalandıqdan sonra cavabdehin adına olan daşınmaz əmlakı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında 0,2 ha torpaq sahəsində inşa edilən, bir mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 108 kv.m. olan fərdi yaşayış evinin 50 faizinə cavabdeh tərəfindən onun istifadə hüququnu tanındığını, bu daşınmaz əmlakı gələcəkdə birlikdə satışınl həyata keçirərlərsə bu alqı-satqı müqaviləsindən əldə edilən pul vəsaitinin 50 faizinin dəyərini cavabdehdən ona ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ancaq Maraqlı şəxs Zabit oğlu tərəfindən bu günə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin edilərək barışıq sazişinin alimentə aid hissəsində təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı, 530119 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü ildə doğulmuşdur. Atası Maraqlı şəxs Zabit oğlu, anası Ərizəçidır. AZ-İİ seriyalı, 645031 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. AZ-İİİ seriyalı, 294265 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. MŞB/8/2024-00742 nömrəli, 22 aprel 2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişini Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə bağlamışlar: İkinci tərəf: Maraqlı şəxs Zabit oğlu birinci tərəf: Ərizəçi ilə ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf: Ərizəçi hər ayın 10-na kimi hər uşaq üçün 166 (bir yüz altmış altı) AZN olmaqla ümumilikdə 498 (dörd yüz doxsan səkkiz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment vəsaitini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəməyə dair öhdəlik götürür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. 33.1-ci və 33.3-cü maddələrinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci və 34.3-cü maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf: Ərizəçi hər ayın 10-na kimi hər uşaq üçün 166 (bir yüz altmış altı) AZN olmaqla ümumilikdə 498 (dörd yüz doxsan səkkiz) AZN məbləğində aliment ödəməsi barədə öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 22 aprel 2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, sözügedən 22 aprel 2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyil və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2024-00742 nömrəli, 22 aprel 2024-cü il tarixli Barışıq Sazişinin alimentə dair hissəsi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220və360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2024-00742 nömrəli, 22 aprel 2024-cü il tarixli Barışıq Sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: İkinci tərəf: Maraqlı şəxs Zabit oğlu birinci tərəf: Ərizəçi ilə ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf: Ərizəçi hər ayın 10-na kimi hər uşaq üçün 166 (bir yüz altmış altı) AZN olmaqla ümumilikdə 498 (dörd yüz doxsan səkkiz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment vəsaitini Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəməyə dair öhdəlik götürür. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3130/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3130/2024
01.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver