Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3151/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05.05.*977-ci il təvəllüdlü X*2 3* yanvar *998-ci il tarixdə Ağdam rayonunda döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində avtomat silahdan atılan atəş nəticəsində ölməsi faktının müəyyən edilməsi, X*2 3* yanvar *998-ci il tarixdə ölməsinə dair "Ölüm haqqında şəhadətnamə“nin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X20 05 may *977-ci ildə Bakı şəhərində anadan olmuşdur. X20 02.04.*995-ci il tarixdən Əzizbəyov RFİK-dan (indiki Xəzərrayon SHXÇDX) həqiqi xidmətə çağırılmış, xidmət dövründə - 3* yanvar *998-ci il tarixdə Ağdam rayonunda döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində avtomat silahdan atılan atəş nəticəsində qətlə yetirilmiş və Xəzər rayonunda yerləşən qəbristanlıqda dəfn edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən təqdim edilmiş Ağdam Qarnizonunun Hərbi Tribunalının 02.06.*998-ci il tarixli hökmünün surətindən görünür ki, 70* saylı hərbi hissənin əsgəri X4 həmin hərbi hissənin əsgəri X*6 qəsdən öldürmüşdür. Həmçinin 70* saylı hərbi hissə komandirinin 3* nömrəli əmri ilə “Ölüm haqqında tibbi şəhadətnamə” əsasında 4 MAT-ın əsgəri sıravi X20 qətlə yetirildiyi üçün hərbi hissənin şəxsi heyətin sırasından çıxarılmışdır. Göründüyü kimi 4 MAT-ın əsgəri sıravi X2 70* saylı hərbi hissənin əsgəri X4 tərəfindən 3* yanvar *998-ci il tarixdə qətlə yetirilməsi barədə “Ölüm haqqında tibbi şəhadətnamə” olmuş və vətəndaş Ərizəçi həmin “Ölüm haqqında tibbi şəhadətnamə” əsasında mərhum oğlunun ölüm şəhadətnaməsini almaq müraciət olunması tövsiyə edilmiş və yalnız ölüm faktına dair məhkəmə qətnaməsinin mövcııd olacağı halda şəhadətnamənin verilməsinin mümkünlüyü bildirilmişdir. O cümlədən “Ölüm haqqında tibib şəhadətnamənin” alınması üçün 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət edilsə də, müvafiq şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunanlardan sonra ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X*8 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı oğlu X20 hərbi xidmətə getmiş, lakin əsgər yoldaşı tərəfindən avtomat silahdan atılan atəş nəticəsində ölmüşdür. Mərhumun dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində X22 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Rüstəm isə onun bacıoğlusu olmuşdur. Lakin Rüstəm hərbi xidmətə getdikdən sonra, orada əsgər yoldaşının avtomatından açılmış atəş nəticəsində vəfat etmişdir. Mərhumu Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdirlər. Onun dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında “Elektron” Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqələrinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.*959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur və hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Orconikidze küçəsi, döngə *, ev *6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Bayramov X7 Nazilə Fərman qızı ilə *4.06.*977-cı il tarixdə Bakı şəhəri Xəzər rayonu (sabiq Əzizbəyov rayonu VVADQ şöbəsində) Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 48 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X*5, anası X*7 olan X9 05.05.*977-ci ildə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 *0.*2.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan NZ seriyalı, 6605*72 nömrəli hərbi biletin surətindən görünür ki, X9 3*.0*.980-ci il tarixdə döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində avtomat silahdan açılmış atəş nəticəsində qətlə yetirilmişdir.Hərbi Hissə komandirinin 3* nömrəli, 3*.0*.98-ci il tarixli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır. İş materiallarında olan 70* saylı hərbi hissə komandirinin 3* №-li, 3* yanvar *998-ci il tarixli əmrinin surətindən görünür ki, 4 MAT-ın əsgəri sıravi X*3 30.0*.98-ci il tarixdə saat 23.50 radələrində taborun döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində, sıravi X4 tərəfindən avtomat silahdan atılan atəş nətiçəsində qətlə yetirildiyi üçün, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsın, bütün növ təminatlardan azad olunsun, hərbi qeydiyyat sənədləri Əzizbəyov RHK-na göndərilsin. İş materiallarında olan 70* saylı hərbi hissənin 3-*4/* saylı, 3* yanvar *998-ci il tarixli məktubun surətindən görünür ki, *977-ci il təvəllüdlü 02.04.95-ci il tarixdən Əzizbəyov RHK-dan həqiqi hərbi xidmətə çağırılmış sıravi X** 3*.0*998-ci il tarixdə döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində avtomat silahdan atılan atəş nəticəsində qətlə yetirilmişdir. Hərbi qulluqçu Bayramov hərbi hissə komandirinin 3*.0*.98-ci il tarixli müvafiq əmri ilə hərbi hissənin şəxsi heyətn siyahısından çıxarılmışdır. Bu barədə Əzizbəyov RHK-ma 2* formalı 3*3 saylı, 3*.0*.98-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi tərəfindən verilmiş *4.02.2024-cü il tarixli, 263 saylı arayışdan görünür ki, həqiqətən də onun oğlu mərhum X20 3*.*2.*998-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Ağdam Qarnizonu Hərbi Tribunalının 02.06.*998-ci il tarixli hökmündən görünür ki, 70* saylı hərbi hissənin 4-cü MAT-nin *2-ci MAB-nin 3-cü taqğımında manqa komandiri vəzifəsində xidmət edən X4 30 yanvar *998-ci ildə saat 23- 30 radələrində həmin hissənin *2-ci MAB-nin döyüş məntəqəsində xidməti istifadəsinə verilmiş AK-74 markalı *32606 saylı avtomat silahdan bir çox şəxsin həyatı üçün təhlükəli olduğu avtomatik qaydada qəsdən çoxsaylı atəşlər açaraq həmin hissənin sıravi əsgəri X5 qəsdən öldürmüşdür. Həmin hökümdən görünür ki, X4 AR CM-in 94-cü maddəsinin 6-cı bəndi ilə təqsirli bilinib *9 il müddətə azadlıqan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin *5.03.2024-cü il tarixli, 863 saylı məktubudan görünür ki, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun 24*-ci maddəsinin “v” bəndinə uyğun olaraq Bakı Qarnizonu Hərbi Tribunalının qərarına əsasən, 4 (dörd) il azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin *7.04.*997-ci il tarixli 3/4-*42* №-li sərəncamı ilə Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun 42-ci maddəsi tətbiq edilməklə (döyüş əməliyyatları bölgəsinə göndərilməklə) hərbi hissəyə göndərilmiş, hərbi qulluqçu, sıravi X*4 70* №-li hərbi hissə komandirinin 29.04.*997-ci il tarixli **9 №-li əmrilə (əsas: §-*.2) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 4-cü MAT-ın *2-ci MAB-ın 2-ci tağımının 3-cü manqasında qumbaraatanın baş köməkçisi vəzifəsinə təyin edilmişdir. 4-cü MAT-ın əsgəri, sıravi X*4 30.0*.*998~ci il tarixdə saat 2350 radələrində taborun döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində, sıravi X4 tərəfindən avtomat silahdan atılan atəş nəticəsində qətlə yetirildiyi üçün 70* №-li hərbi hissə komandirinin 3*.0*.*998-ci il tarixli 3* Nq-İİ əmrilə (əsas: §-5, səh-73,əmrdə əsas kimi “Təqrir”, “Ölüm haqqında tibbi şəhadətnamə №-*7” göstərilmişdir, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq bütün növ təminatlardan azad olunmuş və hərbi qeydiyyat sənədləri Əzizbəyov RHK-na göndərilmişdir. Qeyd edirik ki, X6 aid “Ölüm haqqında tibbi şəhadətnamə” Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X*2 ölümünün qeydə alınması ilə bağlı 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi Sizin xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan AR Ədiyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AR Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Rüstəm Bayramovun ölümünün qeydə alınmasına dair məlumat aşkar edilmədi. Məhkəmə araşdırması və toplanmış materiallarla müəyyən edilmişdir ki, 05.05.*977-ci il təvəllüdlü X20 Ərizəçi oğludur. Rüstəm Bayramov 02.04.*995-ci ildə hərbi xidmətə çağırılmış, lakin 3*.0*.*998-ci ildə saat 2350 radələrində taborun döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində, sıravi X4 tərəfindən avtomat silahdan atılan atəş nəticəsində qətlə yetirildiyi üçün 70* №-li hərbi hissə komandirinin 3*.0*.*998-ci il tarixli 3* Nq-İİ əmrilə (əsas: §-5, səh-73,əmrdə əsas kimi “Təqrir”, “Ölüm haqqında tibbi şəhadətnamə №-*7” göstərilmişdir, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq bütün növ təminatlardan azad olunmuş və hərbi qeydiyyat sənədləri Əzizbəyov RHK-na göndərilmişdir. Ağdam Qarnizonu Hərbi Tribunalının 02.06.*998-ci il tarixli hökmünə əsasən X* Çingiz Əlikram oğlu AR CM-in 94-cü maddəsinin 6-cı bəndi ilə təqsirli bilinib *9 il müddətə azadlıqan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, 05.05.*977-ci il təvəllüdlü X20 30.0*.98-ci il tarixdə saat 23.50 radələrində taborun döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində, sıravi X4 tərəfindən avtomat silahdan atılan atəş nəticəsində qətlə yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə və şahid ifadələrinə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum oğlu 05.05.*977-ci il təvəllüdlü X*2 3* yanvar *998-ci il tarixdə Ağdam rayonunda döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində avtomat silahdan atılan atəş nəticəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 05.05.*977-ci il təvəllüdlü X*2 3* yanvar *998-ci il tarixdə Ağdam rayonunda döyüş mühafizə postunda əsgərlər arasında qarşılıqlı münasibətin pozulması nəticəsində avtomat silahdan atılan atəş nəticəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X*2 3* yanvar *998-ci il tarixdə ölməsinə dair "Ölüm haqqında şəhadətnamə“nin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3151/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3151/2024
11.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver