Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3157/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. O. X7 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Mərhum həyat yoldaşı onkoloji xəstəlik nəticəsində 35 yaşında evdə qəflətən vəfat etmişdir. Həyat yoldaşı vəfat etdiyi zaman baş qarışıq olduğundan və qanunları lazımi qədər bilmədiyindən ölüm haqqında şəhadətnamə almamışlar. Həyat yoldaşı qohum və qonşuların iştirakı ilə Binə qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Halhazırda mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi yardım pulu almaqdan ötrü ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Qeyd olunanlara əsasən, mərhum həyat yoldaşı X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qardaşının gəlinidir. Ərizəçinin mərhum həyat yoldaşı onun qardaşı oğludur. Mərhum onkoloji xəstə olmuş, avqust ayının 31-də qəflətən rəhmətə getmişdir. Onların evləri yaxındır. O, Zahir rəhmətə gedən kimi onlara getmişdir. Mərhum Binə qəbristanlığında dəfn olunub. X1 məhkəməyə bildirmişdir ki, ərizəçi onun qardaşıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X11 xx xxxxx 2009-cu ildə akt qeydləri kitabında 218 saylı qeyd aparılmaqla Maraqlı şəxsndə nikaha girmişlər. Arvada Nurəliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş X9 tərəfindən verilmiş çıxarışdan görünür ki, Zahir Nurəliyevin müayinəsinin nəticəsi olaraq hər iki ağciyərdə sayılmayacaq qədər çox saylı MTS düyün və solid törəmələr, limfa düyünləri aşkar edilmişdir. Eyni zamanda, xx.xx.1985-ci il təvəllüdlü Zahir Nurəliyevə aid digər tibbi arayışlar da iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X6 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:23-də X3 adına çağırış olmuş, evə gələn təcili tibbi yardım briqadası tərəfindən kişi cinsində meyid aşkar olunmuşdur. Eyni zamanda, işin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən ərizəçinin anası, xx xxxxxxxx 1985-ci il təvəllüdlü X7 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş 29 nömrəli X2 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X3 ölüm səbəbi məlum olmadığına və xəstəxanaya müraciət etmədiyinə görə AZS 106 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli №-li məktubundan görünür ki, ərizəçinin əri X4 ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxxxx 1985-ci il təvəllüdlü X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. xx xxxxxxxx 1985-ci il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3157/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3157/2020
15.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver