Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3160/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əri – 0*.**.*969-cu il təvəllüdlü X2 Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri, 0*.**.*969-cu il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə iş yerində ürək tutmasından vəfat etmişdir. Ölüm faktı təcili yardım tərəfindən qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlumatsız olmuşdur. Oğlu, həqiqi hərbi xidmətdədir. Onun icazə alınaraq dəfn mərasiminə gəlməsinə teleqram vurmuşlar. Bildirmişlər ki, ölüm şəhadətnaməsi lazımdır. O, müddəti ötürdüyündən məhkəməyə müraciət etməli olduğu bildirilmiş, bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izhatında bildirdi ki, əri usta olmuş və Binə qəsəbəsində yerləşən evin təmiri ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə əri səhər evdən çıxıb işə getmiş, saat **:00-da onunla əlaqə saxlanılaraq ərinin öldüyü bildirilmişdir. İzahatında həmçinin bildirmişdir ki, ərinin cəsədi daxili müayinə olunmamışdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum X7 onun əmisidir. O, 20**-ci ildən əmisi ilə birlikdə işləyir. xx.xx.2023-cü il tarixdə əmisi ilə birlikdə Binə qəsəbəsində yerləşən evin tikintisində işləmişlər. Həmin zaman əmisi X7 danışa-danışa özündən getmişdir. Bundan sonra təcili yardım gəlmiş və əmisinin öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, X7 onun anasının əmisi oğludur. X7 2023-cü ilin yay ayında ölmüş, ölüm tarixi dəqiq yadında qalmamışdır. Onun ölümü ilə bağlı dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İ seriyalı, 09475* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Camalova” soyadı verilmişdir. - Bakı şəhəri, Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş *8.08.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi əri X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Hövsan Südçülük sovxozunda olan qəbirstanlığında dəfn edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **9 nömrəli arayışdan görünür ki, *969-cu il təvəllüdlü mərhum X2 meyiti xx.xx.2023-cü ildə məhkəmətibb müayinəsindən keçirilmiş və meyit dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. Meyit xarici müayinə olunmamış, bu barədə Xəzər rayon prokuorluğu tərəfindən protokol tərtib olunmuşdur. - 29 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş **.08.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yaşamış 0*.**.*969-cu il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə iş yerində təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat etmiş şəxs 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığına görə AZS *06 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs *6.08.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, əri- X2 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Ərizəçi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında qeydiyyatdadır, əri 0*.**.*969-cu ildə Lerik rayonunun Dico kəndində doğulmuş təvəllüdlü X6r. İşin araşdırılmış hallarından görünür ki, ərizəçinin əri 0*.**.*969-cu ildə Lerik rayonunun Dico kəndində doğulmuş təvəllüdlü X7, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdə ölmüş, onun ölümü ilə bağlı ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi mümkün olmamış və nəticədə Bakı şəhəri Maraqlı şəxs tərəfindən X* ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi əri - X2 xx.xx.2023-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 0*.**.*969-cu ildə Lerik rayonunun Dico kəndində doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0*.**.*969-cu ildə Lerik rayonunun Dico kəndində doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3160/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3160/2023
11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver