Məhkəmə qərarları › İş №2(003)-3174/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3174/2021

05.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3174/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus qızıl dəsti 10.9 qram üzük və sırğalar, 12 qram 700 manat dəyərində boyunbağı, 1 ədəd 583 əyar 5.11 qram 350 manat dəyərində üzük, 1 ədəd 583 əyar 4.7 qram 300 manat dəyərində üzüyün, onlar olmadıqda onların dəyəri 1350 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, X1 ilə 26 yanvar 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından bir uşaqları olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(003)-578/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Evlənən zaman ona qızıl-zinət əşyaları verilsə də, boşandıqdan sonra həmin cehiz qızıl-zinət əşyaları keçmiş qaynanası, yəni Cavabdeh tərəfindən mənimsənilmişdir və geri qaytarılmamışdır. O, dəfələrlə qızıl əşyalarını geri almaq istəsə də, buna nail ola bilməmişdir. Qeyd olunanlara əsasən, ona məxsus qızıl dəsti 10.9 qram üzük və sırğalar, 12 qram 700 manat dəyərində boyunbağı, 1 ədəd 583 əyar 5.11 qram 350 manat dəyərində üzük, 1 ədəd 583 əyar 4.7 qram 300 manat dəyərində üzüyün, onlar olmadıqda onların dəyəri 1350 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 ifadəsində göstərmişdir ki, cavabdeh onun anası, iddiaçı isə keçmiş həyat yoldaşıdır. Onlar bir evdə yaşamışlar. Xəstəxanaya görə pul lazım olanda anası qızılları lombarda qoymağı təklif etmişdir. Qızıllar evdə ümumi hamının əli çatan yerdə olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şahid ifadəsi və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh oğlu X1 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, aralarında olan nikah pozulmuşdur. İddiaçı, geri qaytarılmasını tələb etdiyi əmlakların iddia edilən miqdarda və çeşiddə olmasına, eləcə də həmin əmlakların hazırda cavabdehlərin sahibliyində qalmasına dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının öz tələbini əsaslandırdığı hallar məhkəmə iclasında da işin tədqiq olunan halları ilə öz təsdiqini tapmamışdır. Onun dəlilini yalnız şahid ifadəsi təsdiq etmiş, lakin şahid ifadəsi alınan izahat və iddia tələbində göstərilən hallarla sübuta yetirilməmiş, məhkəmə onu iddianın təmin edilməsi üçün kifayət hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılmasına dair iddia tələbi əsasız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar