Məhkəmə qərarları › İş №2(003)-3187/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3187/2023

18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3187/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinın hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, *5.**.*985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş X* 28.05.*986-cı il tarixdə Füzuli rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, *5 noyabr *985-cı il təvəllüdlü qızı X5 28 may *986-cı il tarixdə vəfat etmişdir. Maraqlı şəxs məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasına görə məhkəməyə müraciət etməlidir. Qeyd etmişdir ki, mərhumun ölüm haqqında şəhadətnaməsinin alınmasından ötrü onun ölüm faktı müəyyən edilməlidir. Mərhum onun övladıdır və onun ölümü barədə sənədi başqa cür ala bilmir. İddia ərizəsinə əlavə olunan Füzuli RİHB-nın Arayatlı kənd İƏD üzrə nümayəndəliyinin *0.08.2023-cü il tarixli arayışından və təsdiqlənmiş aktdan görünür ki, qızı *5.**.*985-ci il təvəllüdlü X5 28.05.*986-cı il tarixdə vəfat etmiş və Babı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. İzhatında həmçinin bildirdi ki, qızı, X5 6 aylığında ölmüşdür. Xəstə olmuş, başında yara olmuşdur. Qızı, Füzuli rayonunun Babı kənd qəbirstanlığında dənf olmuşdur. *987-ci ildə Bakı şəhərinə köçmüşlər, hal-hazırda da burada yaşayırlar. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin arvadıdır. Qızı, X5 *985-ci ilin noyabr ayının *5-də doğulmuş, 28.05.*986-cı il tarixdə ölmüşdür. Qızının başında yara olmuşdur. Füzuli rayonunun Babı kənd qəbirstanlığında dəfn olmuşdur. İki uşağı var. X5 ikinci uşaqlarıdır. *987-ci ildən Bakı şəhərində yaşayırlar. Qızının qəbiri hazırda qalmış, yerini bilirlər və gedib ziyarət etmişlər. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi, onun bacısının əridir. Ərizəçinin qızı, başında yara olduğundan *986-cı ildə ölmüşdür. Füzuli rayonunun Babı kəndində dəfn olunmuş, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: -seriya Xİ-ЖГ seriyalı, 296794 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5, *5.**.*985-ci ildə Füzuli rayonunun Molla Məhərrəmli kəndində doğulmuş, atası Ərizəçi, anası isə X3r. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Arayatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş *0.08.2023-cü il tarixli arayışdan görünür ki, Mollaməhərrəmli kənd sakini olmuş Ərizəçi *5.**.*985-ci il təvəllüdlü qızı mərhum X5, 28.05.*986-cı ildə vəfat etmiş və Babı kənd qəbirstanlığında dəfn edilmişdir. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Arayatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Z.Quliyev tərəfindən dəsdiq edilmiş və X6, X9, X7 və X*5 tərəfindən tərtib edilmiş *0.08.2023-cü il tarixli aktdan görünür ki, qeyd olunan şəxslər həmin aktı tərtib etmişlər ondan ötrü ki, Mollaməhərrəmli kənd sakini olmuş Ərizəçi *5.**.*985-ci il təvəllüdlü qızı mərhum X5, 28.05.*986-cı ildə vəfat etmiş və Babı kənd qəbirstanlığında dəfn edilmişdir - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, qızı- X2 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X* ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qızı - X* 28.05.*986-cı il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Füzuli rayonunda ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə *5.**.*985-ci ildə Füzuli rayonunun Mollaməhərrəmli kəndində doğulmuş X* 28.05.*986-cı il tarixdə Füzuli rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *5.**.*985-ci ildə Füzuli rayonunun Mollaməhərrəmli kəndində doğulmuş X* 28.05.*986-cı il tarixdə Füzuli rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar