Məhkəmə qərarları › İş №2(003)-3188/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3188/2023

16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3188/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, 0*.05.*942-ci il təvəllüdlü oğlu X5 **.08.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 0*.05.*942-cı il təvəllüdlü əri X6 ** avqust 2023-cü il tarixdə vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir. Mərhum əri X5 ölümü haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat şöbəsinə tərəfindən müraciət edilmiş, lakin mərhumun ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından müraciəti təmin edilməmişdir. Həkimə qədər ölüm olduğu və buna səbəb olan hər hansı diaqnoz təsdiq olunmadığından poliklinika tərəfindən tibbi şəhadətnamə verilməmişdir. Bakı şəhəri Maraqlı şəxs *8 avqust 2023-cü il tarixli imtina məktubunu ərizəsinə əlavə edilmişdir. Ərinin ölüm haqqında şəhadətnaməsinin alınmasından ötrü onun ölüm faktı müəyyən edilməlidir. Həmin sənədi başqa cür ala bilmir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadankeçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında bildirdi ki, o, ərizəçini və ailəsini uzun ilərdir tanıyır. X2 isə ərizəçinin həyat yoldaşı olmuşdur. Mərhum qəflətən rəhmətə getmişdir. Mərhum dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilən X*0 izahatında bildirdi ki, o, dəfn mərasimlərində sürücü kimi mərhumların nəşinin qəbrstanlığa aparılmasını təşkil edir. X*9 da, onunla birlikdə sürücü işləyir. X9 qəfldən dünyasını dəyişəsi səbəbindən atası ilə onu evə dəvət etmişlər, onlar evə çatan zaman X2* maşını gəlmiş və sənədləşmə aparmışdır. Sonra mərhumun nəşini məscidə oradan da, qəbrstanlığa aparmışdırlar. Məhkəmədə şahid qismində dindirilən X** izahatında digər şahid X7 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış *8.08.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin həyat yoldaşı X5 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.*990-cı il təvəllüdlü Nümayəndə atası X*6, anası isə Ərizəçidır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* X22 ilə 2*.04.2009-cu il tarixdə Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 244 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Əmirova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, 06464393 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 0*.05.*642-ci il tarixdə Bakı şəhərində anadan olmuş və yaşayış yeri isə Bakı şəhəri ST.Çöllük, PÇ-4 №-li evin ailə yataqxanası qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Bakı Baş Səhiyyə Mərkəzi” X20 45 nömrəli şəhər Poliklinikasının *6.08.2023-cü il tarixli məktubundan görünür ki, mərhum 0*.05.*942-ci il təvəllüdlü X6 **.08.2023-cü il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Ölümdən sonra X2* həkimi tərəfindən “Həkimə qədər ölüm” qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin №AZS-*06 verilməsinə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin əri olmuşdur. **.08.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X5 **.08.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 0*.05.*942-ci il təvəllüdlü X5 **.08.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar